Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
18-10-2019, 16:00
10 245

Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 64 faiz artıb.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, həmin müddətdə Azərbaycana 20 min çinli turist səfər edib.
Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib.
B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib.Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.
2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Oxşar xəbərlər

İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir
ATMU-də 2020-ci ilin abituriyentləri ilə görüş keçirildi
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Azərbaycan Turizm Assosiasiyası 5 regionda yeni nümayəndəlik açıb
Fransa turizmi necə bərpa edəcəyini açıqladı
Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir
Rayonlara qrup turlarının təşkilinə icazə verilirmi? - AÇIQLAMA
Koronavirusa yoluxanlara 3000 dollar veriləcək
Qətər Azərbaycana yeni səfir göndərib
“Lənkəran yenidən turizm zonasına çevrilir” - MÜSAHİBƏ
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
İşsizlərin NƏZƏRİNƏ
Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
İlham Əliyev Mun Hini qəbul etdi
Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər - Dövlət Turizm Agentliyi
Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Regionlardakı hotellərdə bahalaşma varmı?
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
Gürcüstanın Baş Naziri ilk rəsmi səfərini sabah Azərbaycana edəcək
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Cavad Zərif sabah Livana səfər edəcək
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək