“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb”
24-09-2020, 13:01
339

“PKK-nın Qarabağa terrorçular göndərməyə gücü qalmayıb”

Türkiyəli politoloq: “Terror təşkilatı Türkiyə və Azərbaycan ordularına təhlükə yarada bilməz”
Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla təsdiq edilmiş Azərbaycan ərazilərinə, xaricdən gətirilən erməniləri yerləşdirməsi prosesi davam edir. Son məlumatlara görə, Ermənistan Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra çox sayda ermənini Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinə yerləşdirməyi, həmçinin PKK terror qruplaşması üzvlərini Dağlıq Qarabağa göndərərək ermənilərə təlim keçməsini və PKK-nın burada yeni hücum dalğası yaratmasını planlaşdırır.
Həmçinin, Suriya ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi prosesində 250-yə qədər erməni əsgərinin də Suriyada PYD-YPG terror qruplaşması sıralarına qoşulduğu qeyd olunur. Erməni əsgərlərlə PKK arasındakı əməkdaşlığa Fransanın moderatorluq etdiyi, erməni əsgərlərinin Fransanın koordinasiyası ilə PKK terror qruplaşması ilə görüşlər keçirdiyi bildirilir.
Mövzuya dair AYNA-ya açıqlama verən türkiyəli tarixçi və politoloq Mehmet Perinçək Ermənistanla PKK-nın bundan əvvəl də əməkdaşlıq etdiyini deyib: “Hətta, Ermənistanda PKK düşərgələrinin olması, yaxud terroruçların Ermənistanda himayə edilməsinə dair məlumatlarımız da var. Bu isə, sadəcə Ermənistanla bağlı deyil, Yunanıstanın da PKK və digər terror qruplaşmalarına dəstək verməsi ilə bağlı məlumatlar yayılmışdı. Ermənistan terrorçuları həmişə himayə edib. Lakin hazırda həmin torpaqlarda PKK terrorçularının olub-olmamasını dəqiq deyə bilmərəm”.
Politoloq: “Avropa ölkələri qərarlarını yenidən gözdən keçirəcək”
“Çünki hal-hazırda PKK-nın vəziyyəti çox çətindir. Türkiyə ordusu PKK-ya həm öz torpaqlarımızda, həm Suriyada, həm də İraqda ağır zərbələr endirir. Ona görə də PKK-nın Ermənistana döyüşçü göndərəcək qədər gücünün qalması, belə bir imkana sahib olması şübhəlidir. Hazırda Türkiyə ordusu PKK-nı məhv edir və məhv etdiyi yerlərdə də öz gücünü möhkəmləndirir. Son zamanlarda həm Suriyada, həm İraqda, həm də Türkiyə ərazisində Türkiyə ordusu böyük əməliyyatlar keçirib və bu əməliyyatlar kifayət qədər uğurlu olub. Bu əməliyyatlar nəticəsində PKK böyük itkilər verib. Ona görə də PKK-nın Ermənistana 5-10 nəfər adam göndərməsi bizi qətiyyən qorxuda bilməz. Türkiyə və Azərbaycan iki böyük gücdür və iki qüvvətli orduya malikdir. Həmin ərazilərə terrorçuların getməsinin heç bir əhəmiyyəti yoxdur. Nə Türkiyə, nə də Azərbaycan ordusuna 3-5 nəfər terrorçu təhlükə yarada bilər”, - siyasi şərhçi bildirib.
Perinçək Türkiyə və Azərbaycanın hərbi müttəfiqlik və müdafiə sənayesi təcrübələrinə davam etməli olduğunu qeyd edib: “Bununla yanaşı, hər iki ölkənin diplomatik istiqamətdə dəyərləndirə biləcəyi imkanları da var. Belə ki, Rusiya ilə Ermənistan arasında müxtəlif problemlərin olmasına dair məlumatlar var. Xüsusən də Nikol Paşinyanın iqtidara gəlməsi nəticəsində yürütdüyü Qərbyönümlü siyasət Kremli narahat edir. Bununla yanaşı, Türkiyə ilə Rusiya arasında yaxşı münasibətlər var və Astana sazişi uğurla davam edir. Türkiyə ilə Rusiya birlikdə Qərbin müdaxiləsinin qarşısını almaqda təcrübəli olduqlarını sübut ediblər. Hətta, Astana sazişini Qarabağda da tətbiq etmək olar və Türkiyə-Rusiya-İran bu istiqamətdə səylərini artıra bilər. Çünki Minsk Qrupunun uğursuz fəaliyyəti öz təsdiqini tapıb. Ona görə də Astana sazişini Qarabağda da tətbiq edib, problemin ədalətli həllinə nail olmaq olar”.
PKK terrorçularının Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsinə dair mənim dəqiq məlumatım olmasa da, onların Türkiyə və Azərbaycan ordusu kimi böyük orduları qorxuda bilməyəcəyi dəqidir. Hətta, problem belə, yarada biməzlər. Bundan əlavə, az əvvəl dediyim kimi, Türkiyə ordusu istər Suriyada, istər İraqda, istərsə də Türkiyə torpaqlarında PKK-ya göz açmağa imkan vermir. Ona görə də onların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə adam göndərəcək güclərinin olması məchuldur”, - müsahibimiz əlavə edib.

Oxşar xəbərlər

PKK-nın xüsusi təyinatlıları Qarabağa göndərildi - TƏFƏRRÜAT
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Nigeriyada silahlı hücum: 60-dan çox ölü var
Livandan Qarabağa terrorçular köçürülür - bəs vasitəçilər niyə susur?
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Ərdoğan Avropanı hədələdi: Bir daha işğal desəniz…
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Qəndildən Dağlıq Qarabağa PKK-ASALA-SEPAH marşrutu – Daşın altından yenə İran çıxdı – Şok məlumatlar
Xankəndində azərbaycanlılara qarşı törədilən terrordan 32 il ötür
Ermənistana "müharibə" əmri verilib — Azərbaycan terrorçularla savaşacaq
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Ermənistan müdafiə naziri Qarabağa gəldi
Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü - YENİ FAKTLAR
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
ABŞ-da skandal görüş – Terrorçuları qəbul etdilər, üstəlik…
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Suriya partlayışdan sonra qaranlığa qərq oldu
Ermənistan Qarabağa yeni yol çəkir – Səbəb? - VİDEO
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
DTX məlumat yaydı
Erməni terrorçusu ölüb
“Suriyalı terrorçular” barədə Azərbaycana qarşı yeni informasiya diversiyası
İŞİD yenidən baş qaldırdı – 15 Suriya döyüşçüsü həlak oldu
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR
Azərbaycan-Türkiyə birliyinin sınağı - Qarabağa yerləşdirilən terrorçu PKK
Əli Həsənov: "Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır"
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"