Uşaq hüquqları aylığına start verilir
18-10-2019, 15:30
10 320

Uşaq hüquqları aylığına start verilir

Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi qeyd edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilib, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır.
Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq hüquqları aylığı" elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Bu məqsədlə aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edir.
Məlum olduğu kimi, Avropa Şurası bu il 18 noyabr tarixinin Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsinə dair Avropa Günü kimi qeyd edilməsini qərara alaraq, bununla bağlı müvafiq tədbirlər, proqramlar və başqa təşəbbüslərin həyata keçirilməsi ilə əlaqədar üzv ölkələrə müraciət edib.
Qeyd edilməlidir ki, Aylıq çərçivəsində keçirilən tədbirlərdə uşaqlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması məsələləri də müzakirə olunacaqdır.

Oxşar xəbərlər

Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Norveçdə uşaq bağçaları fəaliyyətini bərpa etdi
Bakı sakinləri sosial yardımdan imtina edib, uşaq pulu istəyir - VİDEO REPORTAJ
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü
Ombudsmanın nümayəndələri həbsdə olan AXCP üzvlərinə baş çəkib
Braziliya prezidenti cırtdan adamı uşaq sayıb çiyninə qaldırdı - Video
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
VİP uşaq bağçası. obyektlər,villalar-Gədəbəy icra başçısının BİZNESİ
Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı
Narkotik aludəçisi olan ana körpəsini sığınacağa atdı - Foto
Bakıda 4 yaşlı uşağı it parçalayaraq öldürdü - ŞOK
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Bağçalar bu tarixdən fəaliyyətə başlayacaq
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Azərbaycanda son 6 ayda ev şəraitində 83 uşaq doğulub
“Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi müzakirədən çıxarılıb
I sinfə şagird qəbulunun vaxtı bitdi
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO
Milli Məclisin payız sessiyası başlayır
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Şamaxıda 9 yaşlı uşaq göldə bataraq ölüb