Hazırda uşaqlar arasında geniş yayılan infeksiyalarla bağlı rəsmi açıqlama verilib.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev məlumat verib.
Ə.Quliyev qeyd edib ki, hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir:
“Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var Rotavirus infeksiyası əsasən fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir. Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur.
Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq (konyuktivit) kimi əlamətlər olur.
İnfluenza (qrip) virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddəti müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər”.
Həkim, infeksiyalarla bağlı valideynlər öz tövsiyələrini verib:
“Qeyd etdiyimiz infeksiyaların hər üçündə yanaşma simptomatikdir. Müalicə yalnız əlamətlərə uyğun təyin olunur. Rotavirus və adenovirusun müalicəsi zamanı əsas məqsəd dispeptik əlamətləri aradan qaldırmaq və hərarəti salmaqdır. Valideynlərə tövsiyəmiz odur ki, belə hallarda qızdırmanı salan dərmanlardan istifadə etsinlər və bol maye qəbulunu təmin etsinlər. Əgər uşaqda qızdırmasalıcı dərmanlara tabe olmayan temperatur, maye itkisinə bağlı olaraq halsızlıq, yorğunluq, iştahsızlıq varsa, qusma və ishalın sayı gün ərzində 5-6 dəfədən çox olarsa, mütləq həkimə müraciət edilməlidir.
İnfluenza (qrip) ilə yoluxmadan 24-48 saat sonra xəstəliyin ilk əlamətləri təzahür etməyə başlayır. Xəstəlik 7-10 gün davam edir. Temperaturlu müddət 3-5 gün davam edə bilər. Öskürək xəstəliyin irəliləyən dövrlərində başlaya bilər və 1-2 həftə davam edir. Qrip xəstəliyi zamanı hərarəti salmaq, burun tutqunluğunu aradan qaldırmaq, bol maye qəbulu və istirahəti təmin etmək vacib şərtlərdəndir. Bundan əlavə, valideynlər həkimlə mütəmadi əlaqə saxlamalıdırlar. Bilməlisiniz ki, qripin başlanğıcında fəsadların inkişafının qarşısını almaq ümidi ilə antibiotik qəbul etmək yalnış fikirdir. Uşaqlarda yoluxucu xəstəliklərin ağırlaşmalarının qarşısını almaq üçün istifadə olunan hər hansı bir antibiotik yalnız həkim tərəfindən təyin olduğu qayda ilə qəbul edilə bilər”.
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
20
sentyabr
11:25

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Uşaqlar arasında yeni virus yayılıb - ƏLAMƏTLƏR
Uşaqlar arasında yeni virus yayılıb - ƏLAMƏTLƏR - VİDEO
Uşaqlar arasında rotavirus sürətlə yayılır - Xəbərdarlıq
Həkimdən HƏYƏCAN TƏBİLİ: Azərbaycanda uşaqlar arasında virus yayılıb, ən çox bu yerlərdən keçir - VİDEO
Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq
Azərbaycanda yeni xəstəlik yayılıb - Həkim səbəbini açıqladı
Omikronun əlaməti açıqlandı - Ürəkbulanma və qarın ağrısı ilə başlaya bilər
Koronavirusla qripin fərqi nədir? - TƏBİB AÇIQLADI
“Omikron”, yoxsa qrip? - Necə müəyyən edək?
"Uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb"
Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
"Qurban bayramında ət yeməklərini azaldın" - Həkimdən məsləhət
Türkiyədə xəbərdarlıq: Yayılan virus COVID-19-la səhv salına bilər
"Delta" ştammı haqqında bu məlumatları mütləq bilməlisiniz - VİDEO
Pişik dişləyən aktrisa xəstəxanalıq oldu
Uşaqlar arasında dəhşətli virus yayılıb: Bu ölkədə 3 uşaq öldü
“Delta” ştammının əlamətləri hansılardır?
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA
Xəstə uşaqlar məktəb və bağçalardan təcrid olunmalıdır - AÇIQLAMA
Meymunçiçəyinin müalicə üsulu açıqlandı
Koronavirusa aid şikayətlər 3 gündən artıq davam edərsə... - Həkim
Koronavirusa aid şikayətlər 3 gündən artıq davam edərsə... - Həkim
Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI
Koronavirusun uşaqlarda rast gəlinən əlamətləri AÇIQLANDI
Baş pediatrdan valideynlərə xəbərdarlıq (VİDEO)
Mədə xərçənginin beş erkən simptomu AÇIQLANDI
DİQQƏT: Bu əlamətlər varsa "Delta"ya yoluxmusunuz - SÜRƏTLƏ YAYILIR...
Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb - 10 gün içində ...
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb - RƏSMİ
- Hindistanda qatar qəzasında ölənlərin sayı 294 nəfərə çatdı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- Çavuşoğlu və Hulusi Akar nazir postundan GETDİ
- Türkiyənin yeni müdafiə naziri o oldu
- Türkiyənin yeni XİN rəhbəri kimdir?
- Süleyman Soylunu o əvəz etdi
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Bu gün Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- ABŞ vətəndaşlığı olan şəxs Türkiyədə nazir təyin olundu
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Erməni qadınlara hərbi xidmət üçün bir milyon təklif olunur
- Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!”
- Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”
- Bayden yenə yıxıldı
- NASA tarixində ilk dəfə UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi
- Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ