“İranda son günlər çox mürəkkəb, qəliz proseslər getməkdədir. Ölkə daxilində çaxnaşmalar baş verir. 22 yaşlı iranlı gənc qızın əxlaq polisi tərəfindən saxlanılması, onunla sərt davranış fonunda qızın ölməsi faktı İranda gərginliyin artması və genişlənməsi üçün səbəb deyil, bəhanə rolunu oynayıb. Çünki baş verən hadisələr İrandakı hakimiyyətin daxili mahiyyətindən irəli gəlir. Xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ciddi problemlərin olduğu bu ölkədə, təbii ki, belə hadisələr qığılcıma səbəb olur, ölkə daxilində çox ciddi katakalizmlərə yol açır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, İran xarici siyasətində də müəyyən səhvlərə imza atıb: “Xüsusən Azərbaycana münasibətdə son zamanlar ortaya qoyduğu siyasi kurs İranın strateji maraqlarnın ziddinədir. İran Azərbaycanın yanında olmalıdır. Ən azı ona görə ki, həm Azərbaycan, həm də İran müsəlman ölkələridir. İranda dövlət idealogiyası “xameynizm”dir. “Xameynizm”in iki mühüm istiqaməti var. Birincisi, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İkincisi də İran islam inqilabının ixracı ilə bağlı məsələlərdir. Ən azından “xameynizm” idealogiyası nöqteyi-nəzərindən məsələyə qiymət versək, Ermənistan-Azərbaycan arasındakı mövcud gərginliklərə münasibətdə İran Azərbaycanın, həqiqətin, beynəlxalq hüququn yanında olmalıdır. Təəssüf ki, bunun əksini görürük. İran rəsmiləri açıq şəkildə bəyan edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin dəyişdirilməsi İran üçün “qırmızı xətt”dir. Bununla da Azərbaycanı hədələyirlər. Azərbaycanla sərhəd boyu 40 minlik qoşun toplayıb hərbi manevrlər keçirirlər. Bununa da bizə “əzələ” nümayişi göstərirlər. Bunlar, təbii ki, qəbuledilməzdir”.
E.Nəsirov vurğulayıb ki, İran cəmiyyətində də bu hadisələr çox mənfi qarşılanır: “Qonşu Azərbaycan dövləti ilə bağlı atılan bu addımlar İranın özündə də çox kəskin reaksiyalarla müşaiyət olunur. İranda yüksək vəzifəli şəxslər hədələyirlər ki, Azərbaycan gərək “şirin quyruğu” ilə oynamasın. Azərbaycanı təhdid edirlər. Düşünürəm, İran bu təhdidlərə son qoyub özünün daxili siyasi məsələləri ilə məşğul olsa, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində real, ardıcıl, sistemli addımlar atsa, sabit dövlətə çevrilər. Biz İranın sabit, təhlükəsiz dövlət olmasına maraqlıyıq. Çünki qonşu dövlətlərik. Bizi tarix, ümumi islami dəyərlər birləşdirir”.
Deputat həmçinin əlavə edib: “Çox istərdik ki, İran İslam Respublikasında daxili situasiya sabit olsun və bu ölkədən heç bir tərəfə, eyni zamanda Azərbaycana təhdidlər ünvanlanmasın. Bu, bizim dövlət siyasətimizdir. Cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursa görə, ikitərəfli münasibətlər formatına üstünlük veririk. İranla da eyni məntiqlə münasibətlərimizin inkişafında maraqlıyıq. Hesab edirik, Azərbaycan-İran münasibətlərinin inkişafı bu regionda sülhə, təhlükəsizliyə xidmət etmiş olar. Amma burada birtərəfli addımlar nəticə vermir. Gərək, hər iki tərəf anoloji xəttə sadiq qalsın, anoloji addımlar atsın. Ermənistana “dost” deyib, bu istiqamətdə əməli addımlar atmaqla, Azərbaycana da “dost” deyib, reallıqda isə təhdid etməklə münasibətlər inkişaf etmir. Əkinsə, təhdidlər təhlükələr yaranır. Hesab edirəm ki, İranın ali siyasi rəhbərliyi bu məsələləri düzgün qiymətləndirəcək. Ən azı “xameynizm” prinsipi ilə çıxış edərək Azərbaycanla münasibətlərin inkişafı xəttinə üstünlük verəcək”.
Elman Nəsirov: “Çox istərdik ki, İranda daxili situasiya sabit olsun”
22
sentyabr
10:55

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Elman Nəsirov: “Bunu İran dövlətinin adına yazmaq olmaz”
İranda aksiyalar başladı: Əhali küçələrə axışdı
"İran Xameneizmdən imtina etdi, bundan sonra..." - Açıqlama
Elman Nəsirov: ““Tərtər işi” ciddi araşdırılır, nəticələri özünüz də görəcəksiniz”
"Mossad"a casusluq edən iranlı edam olunacaq
SEPAH İranda etirazlar fonunda parad keçirəcək
İranda əhali ayağa qalxdı: Hicabları çıxararaq etiraz etdilər - VİDEO
TƏHLİL: Tehran-Bakı əlaqələri fonunda İranda yaşayan azərbaycanlıların vəziyyəti
“İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır” – VİDEO
Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era
Elman Nəsirov şəklindən danışdı - “Fotoşop deyil...”
"Ermənilərin xaricdəki siyasi motivli mütəşəkkil cinayətkarlığı beynəlxalq terrorizmin bir növüdür" - RƏY
İranda qorxunc edam statistikası: Gerçək say açıqlanandan qat-qat artıqdır - FOTO
İranda "Məhsa Əmini" etirazları davam edir: 5 NÜMAYİŞÇİ ÖLDÜRÜLÜB
İranda məktəblər açıldı
Ceyhun Bayramov İranda belə qarşılandı - VİDEO (YENİLƏNİB)
"Savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq" - Güneylilər
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlir
Elman Nəsirov: "Rusiya imkan verməsəydi, Azərbaycanın işğalda olan torpaqları azad edə bilməzdi" fikri kökündən yanlışdır
İranın yeni prezidenti peyvənd olundu
Razılaşma Ermənistanda böyük narahatlıq doğurub - ŞƏRH EDİLDİ
İran Əfqanıstana nota verdi
“Biz heç bir zaman İsraildə səfirlik açmadıq, hesab etdik ki…”
İranda qan ehtiyatı azalıb
İranda qadınlara XƏBƏRDARLIQ: Dikdaban ayaqqabı və kosmetikaya qadağa
Elman Nəsirov: “Azərbaycana qarşı anoloji xətti seçəcək digər mətbu orqanlarını da “RİA Novosti”nin taleyi gözləyir”
Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb - Həsən Ruhani
İranda daşqınlardan sonra ac timsahlar yaşayış məntəqələrinə hücum edib - VİDEO
Elman Nəsirov: “Xarıbülbül festivalı həm də Ermənistana bir sülh mesajıdır”
ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilər
- Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
- Qızıl və gümüş cüzi bahalaşdı
- Müharibədə nə qədər uşaq qətlə yetirilib?
- "Liverpul" dünya çempionunu transfer etdi
- Ana südü ilə qidalanmanın zehni qabiliyyət arasındakı ƏLAQƏ
- "Ermənistan logistik problemlərlə üzləşir" - Paşinyan
- Dolların məzənnəsi açıqlandı
- Qazandığı iki milyon bu işə qoyacaq
- Bu uşaqlar I sinfə müsahibəsiz qəbul olunur
- Məşhur komediya ustası vəfat etdi
- "Gülcemal"ın finalı ilə bağlı dəyişiklik
- “Arka sokaklar”ın Muratı illər sonra
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar