Böyük ticarət mərkəzləri ilə bağlı açıqlama
25-09-2020, 10:15
156

Böyük ticarət mərkəzləri ilə bağlı açıqlama

"Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də sentyabrdan xidmət və icitmai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar bayramov deyib.
Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbrlərinin tətbiqini məqsədəuyğun hesab etmir:
"İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantınin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda qapalı məkanlarda da fəaliyyətə icaizə verilməsi məqsədəuyğundur.
Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçı var.
Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Öndə qeyd etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.
Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlar ilə şadlıq saraylarında fəaliyyətə icazə verilsin.
Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".(Azxəbər)

Oxşar xəbərlər

Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
Restoranlarda xidmət tam bərpa edilir
İri ticarət mərkəzləri sentyabrın 30-dək bağlı qalacaq
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
ÜST-ün karantin rejimlərinin ləğvi ilə bağlı açıqlaması təhrif edilib
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
“Payız karantininə indidən hazırlaşmalıyıq”
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Avqustun 31-dək qüvvədə olan qadağalar
Azərbaycan Həkimlər Birliyi bəyanat yaydı - "İtkilərimiz daha çox ola bilər"
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Gələn həftə rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Azərbaycanda karantin rejiminin yumşaldılmasının məqsədi açıqlandı - RƏSMİ
“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Bakıda birgə reydlər keçirilir
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama