Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova şəhidlərimiz üçün ehsan mərasimi təşkil edəcək.
Sosial şəbəkə hesabında bu barədə paylaşım edən müğənni sentyabrın 25-də Bakıda ehsan verəcəyini qeyd edib.
O digər həmkarlarını da buna səsləyib:
“Doğma vətənimiz hər zaman azad olsun deyə, canlarını fəda edərək şəhidlik zirvəsinə ucalan igid oğullarımıza Allah-Təaladan rəhmət, ailələrinə səbr diləyirəm. Bütün həyatımız boyu igid oğulların göstərdiyi şücaətlə hər birimiz fəxr edəcəyik. Onların haqqını daim çiyinlərimizdə daşıyacağıq.
Bu müraciətimlə bütün sənət dostlarıma səslənirəm. İnşallah, sentyabrın 25-i axşam saat 5-də Bakıda yerləşən “Hissa” restoranında şəhidlərimizin əziz xatirəsini yad etmək üçün 500 nəfərlik ehsan süfrəsi təşkil edəcəyik. Şəhid ailələrinin də iştirak edəcəyi mərasimdə gəlin, bir daha birliyimizi nümayiş etdirək.
Ali Baş Komandan, cənab prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi şəhid ailələrini, doğmalarını qorumaq, bizim hamımızın borcudur. Qapılarımız bu mərasimdə iştirak etmək istəyən hər kəsin üzünə açıqdır. Allah-Təaladan bir daha şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm. Bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir”.  
Həmin görüntüləri təqdim edirik: