İmişlidə məmur çəkişməsi... - İDDİA
25-09-2020, 10:57
68

İmişlidə məmur çəkişməsi... - İDDİA

Bir müddət əvvəl Conflict.az-ın İmişli rayonundan daxil olan məlumat əsasında dərc etdiyi məqalədə rayonun Bəciravan kəndi ərazisində, evlərə yaxın məsafədə fəaliyyət göstərən qum-çınqıl karxanasının sakinlərə psixoloji və maddi problemlər yaratdığı qeyd edilirdi. O da qeyd edilirdi ki, karxana fəaliyyətə başlayandan kənddəki evlərin bir qismində çatlar əmələ gəlib. Üzləşdikləri problemlə bağlı müvafiq dövlət orqanlarına müraciət edən kənd sakinlərini İmişlidə dinləyən bir Allah bəndəsi isə yoxdur. Hətta məlumatı verən mənbə onu da qeyd etmişdi ki, Bəciravan kənd bələdiyyəsinin sədri Məmi Atakişiyevdə karxana sahiblərinin müdafiəçilərindəndir. Bu da təsadüfi deyildi. Çünki kənd sakinlərinin iddiasına görə həmin karxana Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevə məxsusdur. Onu da qeyd edək ki, karxananın fəaliyyət göstərdiyi ərazi yaşıllıqlarla bir o qədər də zəngin olmayan, yarımsəhra releyfdə yerləşən İmişlidəki azsaylı meşə zolağına düşür. Deməli hansısa fürsətçillərin məqsədli fəaliyyəti nəticəsində meşə zolağıda yararsız vəziyyətə qalır. Lakin yuxarıda qeyd edildiyi kimi bu vəziyyət illərlə rayonun müvafiq orqanları ilə yanaşı, kənd bələdiyyəsinin sədrinidə narahat etmirdi. Bəciravan kənd bələdiyyəsinin hazırkı sədri, “İmişli Pambıq” Açıq Səhmdar Cəmiyyətinin sabiq direktoru, rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə sabiq nümayəndəsi Məmi Atakişiyev indi nədənsə narahatdır. Mənbənin bildirdiyinə görə bu narahatlığın səbəbi Atakişiyevlə Quliyevlərin bir məsələdə razılığa gəlməmələridir. Məlumatı verən mənbənin bildirdiyinə görə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin Elçin adlı qardaşı tərəfindən idarə edilən karxana ilə Bəciravan bələdiyyəsinin sədrinin arasında fəaliyyətə mane olmaması məqsədilə müvafiq “razılıq” əldə olunubmuş. Məhz həmin “razılığa” görə də bələdiyyə sədri illərlə ona səs verən kənd sakininin deyil, Quliyevlərin yanında yer alıb. Lakin sonradan “Balıqçı və qızıl balıq” nağılında olduğu kimi bələdiyyə sədri “razılığı” daha böyük mənada yeniləməyi tələb edib. Lakn karxana sahibləri, yəni Quliyev qardaşları bu aralarda qum-çınqıl realizəsinin bir o qədər də ürəkaçan olmadığın bələdiyyə sədrinin diqqətinə çatdırıblar. Mənbənin bildirdiyinə görə Məmi Atakişiyev bununla razılaşmayıb və nə qədər qəribədə olsa əraziyə kamera yerləşdirib. Bəciravan bələdiyyəsinin sədri həmin kameralar vasitəslə karxanadan qum-çınqılla yüklənərək çıxan maşınların hesabını aparır. Hətta vəziyyət o həddə çatıb ki, böyük iqtisadi imperiyaya sahib olan Quliyevlər ərazini tərk etməyi düşünürlər. Əslində məşhur el məsəlini xatırlatmaqla hadisənin üzərindən sükutla keçərdik. Necə olur ki, insanların meşə zolağının məhv olması ilə bağlı, fasiləsiz səs-küyün yaratdığı psixoloji problemlər zamanı, maddi imkanı kifayət qədər acınacaqlı olan kəndlinin evində yaranan çatlardan narahatlığı konteksində bələdiyyə sədri susur, lakin “maraqlarına” toxunanda əraziyə kamera yerləşdirir? Sözsüz ki, bu məmur özbaşınalığının bir səbəbi var: Rayonda idarəçilik zəif təşkil olunub.
Həmin karxana ilə bağlı redaksiyaya daxil olan videonu yenidən oxucularımıza təqdim edirik:



Mövzuya qayıdacağıq.

Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Oxşar xəbərlər

İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
İmişlidə məmur başını cəncələ salıb
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
Kürdəmirdə ilanlar evlərə və həyətlərə hücum edib
İmişlidə yük maşınları toqquşdu: Ölən var
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır?
"Bizim üçün tikilən evləri satırlar" - İmişlidə ETİRAZ
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
İmişlidə Rəsullu sukanalı adlanan ərazidə əcaib mənzərə - satılan kanal, tikiliən obyektlər, yayılan xəstəliklər(VİDEO)
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
Başqa qurumdan rüşvət üstə çıxarılanları Əhmədzadə vəzifəyə təyin edir
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Yardımlıda BÖYÜK YEYİNTİ... - Büdcə pulları necə xırıd edilir...
İmişlidə ÖZBAŞINALIQ... - "...mən öz haqqımı sonuna qədər tələb edəcəm"
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
80 saylı İmişli-Beyləqan seçki dairəsindəki nəticələrin ləğvində Vilyam Hacıyevin hansı rolu olub?
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Yardımlı sakinlərinin səsini eşidən yoxdur... - GİLEY
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
İmişlidə qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?
Azərbaycanda əmək haqqı 22 faiz artıb