Sosial şəbəkələrdə yayılan oğul və gəlinin 90 yaşlı qadına işgəncə verdiyi videoya Xoşqədəm Hidayətqızı da münasibət bildirib.
O, "Səni axtarıram" verilişində bu barədə danışıb:
"Bu gün sosial şəbəkələrdə yayılan, hər birinizin izlədiyi video var. Məni də işarələyirlər ki, Xoşqədəm xanım niyə səsinizi çıxarmırsız, bir söz demirsiz. Bəziləriniz də Nərmin hadisəsindəki kimi tənqid edirsiniz. Kimisi də kömək istəyir. Əzizlərim, bir çox şey bildiyiniz kimi deyil. Mən videonu gördüyüm anda araşdırmağa başlamışdım. Paylaşıldığı saniyədə mənim məlumatım oldu. 90 yaşlı ana gəlini və oğlu tərəfindən hansı vəziyyətə salınıb. Bu dəhşətli hadisədir.
Fərqi yoxdur 6 ay, bir il əvvəl, ya da bu gün baş verib. İstər oğlu onu bu vəziyyətə salsın, istərsə də yad. Nəticədə yaşlı bir insana qarşı qanuna, insanlığa sığmayan hərəkətdir. Ey insanlar, mal-mülk, mənfəət üçün özünü bütün naqisliklərin ortasına salan bəzi insanlar, bir gün siz də qocalacaqsız”.
Aparıcı həmin gəlinə də müraciət edib:
“Ay gəlin, ay oğul, bir gün o ananın yerində sən olacaqsan. Yaşatdığını yaşamadan bu dünyadan heç kim köçməyib, köçməyəcək də. Nə etmisənsə, qarşına çıxacaq. Quyu qazacaqsan, ora düşəcəksən. Vuracaqsan, vurulacaqsan. Məni işarələyirsiz nə deyim? Gedim tutum? Elə səlahiyyətim var? Kim gəldi mənə şikayət etdi? Nənə gəldi, dedi, müzakirə etmədim? Sizə göstərirəm, mövqeyim budur. Ar olsun! Özündən böyüyə, ata-anasına yaxşı baxmayan, onu küçələrə atan, qocalar evinə qoyan oğula, qıza ar olsun".
Həmin görüntüləri təqdim edirik: