Digər vətəndaş Tural Abasi deyir ki, “Rabitəbank” qədər qeyri-peşəkarı yoxdur. Digər vətəndaş Vüsal Paşa isə deyir ki, bu bank özünü qısa zamanda gözdən saldı və onun kartından artıq istifadə etmir. Həmçinin digər sosial media istifadəçiləri də şərhlərdə sözügedən bankdan şikayətləniblər. Görünən budur ki, ölkədə banklara müştəriyə deyil, özünə xidmət edir. Müştəri marağı, müştəri hüququ, müştəriyə cəlbedici təklif, ona güzəşt – bunların heç biri yoxdur. Eyni zamanda, “Rabitəbank” və digərləri fəaliyyətində heç bir müsbət dəyişiklik etmir, keyfiyyət artmır, islahatlar aparılmır, fərqli təkliflər irəli sürmür. Misal üçün 7/24 xidməti olmalıdır, onlayn reaksiya daha operativ təşkil edilməlidir.







