İnam Kərimov Göyçayda videokonfrans keçirdi
25-09-2020, 13:34
171

İnam Kərimov Göyçayda videokonfrans keçirdi

Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçaya səfəri çərçivəsində Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə narçılıq sahəsində mövcud vəziyyətə dair onlayn videokonfrans keçirib. 

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən videokonfransa assosiasiya üzvləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, nar məhsullarının emalı və ixracatı ilə məşğul olan şirkətlərin təmsilçiləri, Göyçay, Ağsu, Saatlı, Sabirabad, Hacıqabul, İmişli və Kürdəmirdə narçılıqla məşğul olan fermerlər qatılıblar.

Kənd Təsərrüfatı naziri İnam Kərimov videokonfransda çıxış edərək bildirib ki, Azərbaycanın Prezidenti  İlham Əliyev tərəfindən aqrar sahə iqtisadiyyatın prioritet sahələrindən biri elan edilib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sahədə davamlı inkişafa nail olmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında məhsuldarlığını artırmaq, ixrac potensialını gücləndirmək, məşğulluğu daha da genişləndirmək vəzifələri dayanır.

Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış assosiasiyalar, emal müəssisələri və fermerlərlə müxtəlif formatlı görüşlər keçirir. Nazir nar və nar məhsullarının ixrac potensialının yüksək olduğunu, dövlətin bu sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördüyünü, subsidiyalar ayırdığını deyib. Bildirib ki,  hazırda narçılığın inkişafı ilə əlaqədar qarşıda duran əsas vəzifələr məhsulun keyfiyyətini və orta məhsuldarlıq göstəricilərini artırmaqdır.

Görüşdə yaxın günlərdə ölkədə kütləvi nar yığımına başlanacağı xatırladılıb, məhsulun realizə imkanları, ixrac prosesinin təşkili, intensiv nar sahələrinin genişləndirilməsi, bağlarda tətbiq olunan dərman preparatlarının keyfiyyəti, havaların quraq keçməsi ilə əlaqədar yaranan çətinliklərin məhsulun keyfiyyətinə təsiri, nar məhsullarının qablaşdırılması, brendləşmə, emalı, nar tingçiliyinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

Videokonfrans iştirakçıları Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə bu cür formatda müzakirələrin ənənəvi xarakter daşımasından razı qaldıqlarını bildirib, səsləndirilən təkliflərin reallaşması istiqamətində atılan addımların müsbət qiymətləndiriblər.

Qeyd edək ki, Azərbaycanda narçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Hazırda ölkədə nar bağlarının əkin sahəsi 22,9 min hektara çatıb. Mövcud nar bağlarının 21,1 min hektarı bar verən yaşdadır. Nar bağlarının 56 faizi Göyçay, Kürdəmir, Ağsu, Ucar və Sabirabad rayonlarının payına düşür. Ötən il nar bağlarında orta məhsuldarlıq 85,6 sentner təşkil edib. 




Oxşar xəbərlər

İnam Kərimov Fermerlər Şurasını topladı
Azərbaycanda qarğıdalı sahələrinin dərmanlanmasında dronlar işə salındı
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
Bu qurumun adı dəyişdirildi
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Oğuzda heyvanlar kütləvi zəhərlənib - FOTO
İnam Kərimov etimadı doğrulda bilmədi... - FAKT BUDUR...
Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları... - İnam Kərimovu necə gözdən salmaq istəyiblər?
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Nazirlik 1 milyon manatlıq dərman alır
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Şəmkirdən KTN-ə qədər uzanan subsidiya maxinasiyası – İnam Kərimovun “sağ əli” həbs olunub?
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?
Vidadi  Zeynalovun yenidən  həbsi  gözlənilir
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Polis onu söyən qonşusunu güllələdi
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Novruz Məmmədov nazirləri topladı
İlham Əliyev ölkə iqtisadiyyatının vəziyyətindən DANIŞDI
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisinə giriş-çıxış qaydaları