Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
25-09-2020, 13:38
317

Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur

Bu gün koronavirusla yanaşı addımlayan daha bir problem onun test qiymətləridir.

COVID-19 üçün qoyulan test qiymətləri hər ölkədə fərqlidir, bir çoxunda isə bu pulsuz aparılır. Hazırda ölkəmizdə ümumilikdə 25-ə yaxın laboratoriyada COVID-19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır. Bunlardan 3-ü Bakıda yerləşən özəl klinikalardır.

Sözügedən klinikalar İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"dır. Bu klinikalar xarici ölkələrə uçuş zamanı test verilməsi üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər. Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan (PCR) testin qiyməti 100-140 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir.

Ancaq qan yox, yaxma testi əsas hesab olunur və xaricə uçuş zamanı məhz PCR testi qəbul edilir.

Maraqlıdır, bu qədər baha olan testlər ölkəyə hansı qiymətə gətirilir?

Bu barədə Cebhe.info-ya açıqlamasında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, özəl klinikalarda hər hansı laborator analizlərin qiymət tənzimlənməsi TƏBİB-ə aid məsələ deyil:

"Əvvəldən də deyilib ki, dövlət hesabına aparılan testlər ödənişsizdir. Özündə koronavirus əlaməti olan insanlar "103" və ya "113"-ə zəng etməklə test verə bilərlər. O insanlar ki, özləri istəyə görə test vermək istəyir, onlar artıq özəl klinikalara müraciət edirlər. Müxtəlif firmaların müxtəlif testləri var. Və müxtəlif klinikalarda eyni analiz fərqli qiymətədir. Bu tənzimləmə klinikanın özü tərəfindən aparılır".

"Bəs dövlət müəssisələrinə gətirilən testlər hansı qiymətədir?" - sualına cavabında R.Əliyeva deyib:

Dövlət tərəfindən gətirilən testlər Almaniyanın "Qiaqen" firmasınındır. Qiyməti bilmirəm, hazırda məzuniyyətdəyəm".

Oxşar xəbərlər

Azərbaycanda qadın aptekdə hamiləlik testi etdi - VİDEO
"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
Azərbaycanın bu şəhərində koronavirusa kütləvi yoluxma qeydə alındı
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
Azərbaycanda 336 nəfərdə koronavirus aşkarlandı, 5 nəfər öldü, 183 nəfər xəstə sağaldı
İndiyədək 1 035 286 koronavirus testi aparılıb
Azərbaycanda indiyədək 956 492 koronavirus testi aparılıb
Azərbaycanda indiyədək 1080873 koronavirus testi aparılıb
Azərbaycanda indiyədək 1013108 koronavirus testi aparılıb
Azərbaycanda indiyədək 1027685 koronavirus testi aparılıb
Azərbaycanda koronavirusa görə ekspress testlər tətbiq olunacaq - RƏSMİ
Azərbaycanda ümumilikdə 820 002 koronavirus testi aparılıb
Azərbaycanda ümumilikdə 836 908 koronavirus testi aparılıb
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
Azərbaycanda indiyədək 892 070 koronavirus testi aparılıb
Meymunlar koronavirus analizlərini oğurlayıb qaçdı - VİDEO
Azərbaycanda daha 161 nəfər COVID-19-a yoluxub, 146 nəfər sağalıb, 2 nəfər vəfat edib
Tramp koronavirusu qısa müddətdə müəyyən edən test təqdim etdi
Şəkidə kütləvi yoluxma qeydə alınan bazar bağlandı
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Jurnalistin “korona” ilə bağlı sualı Trampı əsəbiləşdirdi
Rusiyadan təxliyyə edilən 33 azərbaycanlının koronavirus testi pozitiv çıxdı
Koronavirusa yoluxanların sayı açıqlandı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma - FOTO
Gürcüstanda qalan daha 119 Azərbaycan vətəndaşının təxliyəsinə başlandı
Bu gün 3 506 nəfər imtahan verəcək
TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqladı
Daha 132 nəfər COVID-19-a yoluxub, 155 nəfər sağalıb, 2 nəfər vəfat edib
Reanimasiyada olan xəstələrin sayı açıqlanıb