AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
25-09-2020, 16:46
279

AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı

Toylar şadlıq saraylarında təşkil olunduğuna görə ictimai iaşə obyektinin bir növüdür. Ona görə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarət sahələrindən biridir. 
Gündəlik Bakının APA-ya istinadla məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əksər şadlıq saraylarının restoran fəaliyyəti də var, yəni vətəndaşlara təkcə toylar üçün deyil, restoran kimi də xidmət göstərir: "Bu səbəbdən pandemiya dövründə şadlıq sarayları ilə də ünsiyyət qurmuşuq. Kafesi, restoranı olan şadlıq sarayları artıq nəzarətin mahiyyəti və nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu isə imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Bununla bağlı metodiki təlimatlarımız da var, eyni zamanda dövrü olaraq şadlıq sarayları ilə də görüşlər təşkil olunur. Amma toylara icazə verildiyi halda təbii ki, bütün şadlıq sarayları ilə əvvəlcədən metodiki təlimatlar üzrə və Nazirlər Kabinetinin müvafiq qərarları üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki bilirsiz ki, toylara icazə verilsə bu, ən yüksək riski olan sahələrdən biri olaraq. Çünki eyni anda çoxlu sayda adam eyni məkana yığışacaq. Bu mənada yəqin ki, bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək ki, pandemiya dövründə şadlıq saraylarının fəaliyyət necə təşkil olunmalıdır. Müvafiq nəzarət tədbirləri də həyata keçiriləcək”. 

Oxşar xəbərlər

Şadlıq evlərində növbə var - Toylar başlayır?
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Toylara hansı şərtlərlə icazə veriləcək? - AÇIQLAMA
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Restoran sahiblərinə xəbərdarlıq edilib
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda
Azərbaycanda toylar bərpa edilir - Göstəriş verildi
Yenə yararsız at satışı - Qarşısı alındı
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Böyük ticarət mərkəzləri ilə bağlı açıqlama
Şadlıq sarayları toya hazırlaşır - Pandemiyadan sonrakı QİYMƏTLƏR
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
Azərbaycanda toyların bərpası dəqiqləşdi - Şadlıq saraylarından açıqlama
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Artıq şadlıq saraylarında bu tarixlərə yerlər bron edilir - Toylar başlayır?
"Biz rusuq ki, 50 nəfərlik toy keçirək?"
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ