Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
Bu barədə Gündəlik Bakı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.