AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
25-09-2020, 21:23
206

AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir

“Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir. Bizim turizm destinasiyası dediyimiz, yəni, turizmin inkişaf etdiyi bütün regionlarda mehmanxanaların fəaliyyətinə Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi və Dövlət Vergi Xidməti tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Bununla bağlı qurumun nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb”. 

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, son dövrlərdə əsas diqqət turizm destinasiyaları, yəni, daha çox mehmanxana, istirahət zonaları olan regionlara ayrılıb: “Bu rayon və şəhərlərin sayı 11-dir. Bunlardan yalnız biri Bakıdır, digər 10-u Azərbaycanın bütün coğrafiyasını əhatə edən rayon və şəhərlərdir. Həmin 11 rayon və şəhər üzrə monitorinq qrupları tərəfindən hər gün qrafik üzrə monitorinqlər həyata keçirilir. İctimai iaşə obyektlərinin sayı həddindən çox olduğuna görə burada daha çox selektiv, yəni seçim etməklə monitorinqlər həyata keçirilir.

Mehmanxanaların sayı isə imkan verir ki, həftədə ən azı 1 dəfə əksər mehmanxanalarda təkrar monitorinq keçirilsin. Yəni, mehmanxanalarda təkrar monitorinqlərin sayı yalnız ictimai iaşə obyekti kimi fəaliyyət göstərən obyektlərdən daha çoxdur. Bu mənada vətəndaşlara da çağırış edirik ki, mehmanxanalarda, xüsusilə regionlarda hər hansı uyğunsuzluq halları aşkarlayarlarsa, o cümlədən maskalarla bağlı məsələyə düzgün riayət edilməməsi, dezinfeksiyaedici məhlulların olmaması ilə qarşılaşarlarsa, o zaman AQTA-nın "Qaynar xətt"inə müraciət edə bilərlər. Bu müraciətlərə adekvat cavab veriləcək”. 

Oxşar xəbərlər

AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi? - AÇIQLAMA
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Yenə yararsız at satışı - Qarşısı alındı
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Restoran sahiblərinə xəbərdarlıq edilib
Azərbaycan Turizm Assosiasiyası 5 regionda yeni nümayəndəlik açıb
Regionlardakı hotellərdə bahalaşma varmı?
Vətəndaşlardan xahiş edirik ki, hotellərdəki problemlər barədə məlumat versinlər - Dövlət Turizm Agentliyi
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Pandemiya dövründə əsgərlərin qida rasionu necə tənzimlənir? - Xidmət rəisi açıqladı
Pandemiya dövründə turizm sektoruna nə qədər ziyan dəyib?
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN