Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
25-09-2020, 19:06
139

Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb

Cari ilin 28 sentyabr tarixindən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.
Müsabiqəyə elektron sənəd qəbulu mərhələsi 28 sentyabr – 2 oktyabr, test imtahanı mərhələsi oktyabr ayının birinci yarısında, müsahibə mərhələsi noyabr-dekabr aylarında, vakansiyalara yerləşdirilmə isə 2021-ci ilin yanvar ayında həyata keçiriləcək.
Qeyd edək ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə ilə bağlı hər hansı sual yarandığı təqdirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 “Whatsapp” nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Oxşar xəbərlər

Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Kolleclərə də sənəd qəbulu başlayır
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Müəllim olmaq istəyənlərin nəzərinə: Nəticələr elan olundu
İşə qəbul imtahanlarında ən yüksək nəticə göstərən namizəd - Foto
Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
Qəbul imtahanları ilə bağlı vacib xəbər
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Ən çox ixtisas seçimi bu qruplarda olub
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
I sinfə şagird qəbulunun vaxtı bitdi
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq
Bu ixtisasların keçid balı 150-ə yaxın ola bilər - DİM
Sınaq imtahanı pulsuz oldu
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər! - Müsahibələr başlayır
DİM abituriyentlərə müraciət edib
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?