Alman rəssam Gerhard Rixterin 1966-cı ildə çəkdiyi "192 rəng" əsəri hərracda satılıb.
Satış "Sotheby's" hərrac evi tərəfindən həyata keçirilib.
Əsər 18,3 milyon funt (təxminən 1 milyon 675 min 396 manat) qarşılığında alıcıya təqdim olunub.
Rəsmin Rixterin ilk mücərrəd əsəri olduğu bildirilib.