Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
25-09-2020, 18:14
637

Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!

Azərbaycan Respublikasında 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Dövlət Xidmətindən "Report"a bildirilib ki, bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Oxşar xəbərlər

Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər
Azərbaycanda ordudan tərxis başladı
Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - Açıqlama
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Müdafiə Nazirliyindən Tofiq Yaqublunun oğluyla bağlı - Açıqlama
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
Ermənistan ordusunun əsgəri fərarilik edib
“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..
"İki nazir birləşərək Prezidentə bazada aktivləşdirilməyən şəxsiyyət vəsiqəsi verib"
Bu, səfərbərlik deyil, adi təlimdir - Millət vəkili
"Əgər bu virus hərbi hissələrə keçsə..." - Ziyafət Əsgərov
Şəhid olan hərbçimizin fotosu YAYILDI
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi