İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
25-09-2020, 23:41
131

İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Komitədən bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi məcburi köçkünlərin problemlərinin kompleks həlli üçün geniş imkanlar açır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Son illərdə dünyadakı iqtisadi və maliyyə böhranı, həmçinin bu ilin mart ayından etibarən davam edən koronavirus pandemiyası ölkəmizdə heç bir sosial layihənin, o cümlədən məcburi köçkünlərlə bağlı layihələrin icrasını dayandırmayıb.

Cənab Prezidentin təsdiq etdiyi Dövlət Proqramına və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında hazırlanmış Yol xəritəsinə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış məhəllərinin inşası davam etdirilir.

Bu ilin sonunadək respublika ərazisində daha 5 yeni qəsəbə istifadəyə veriləcək. Belə ki, Bakı şəhərinin Qaradağ rayonunda, “Ümid” qəsəbəsində 180 ailəlik məhəllə - istifadəyə hazırdır. Sabunçu rayonunun Ramanı qəsəbəsi ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1512 ailəlik, Samux rayonu ərazisində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 200 ailəlik, Abşeron rayonunda, “Sumqayıt stansiyası” adlanan ərazidə bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 1890 ailəlik, Binəqədi rayonundakı Xocasən qəsəbəsində bütün sosial və texniki infrastrukturla təchiz olunmuş 810 ailəlik yeni məhəllələrdə iş davam edir.

Cənab Prezidentin ehtiyat fondundan ayrılan vəsait yeni əlavə yaşayış sahələrinin tikintisinə yönəldiləcəkdir. Bu Sərəncam məcburi köçkünlərin sosial problemlərinin həllinin dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha təsdiqləyir.

Oxşar xəbərlər

Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı
İlham Əliyev sərəncam imzaladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
İlham Əliyev Şamaxıya pul ayırdı
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Prezidentdən 12,5 milyonluq sərəncam
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Cəbhə bölgəsində keçirilən ilk yardım təlimləri başa çatıb
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Prezident 700 min ayırdı
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb