Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın
26-09-2020, 10:28
143

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır - Küçəyə çıxmayın

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.
Gundelik-baku xəbər verir ki, tədbirlər çərçivəsində sentyabrın 26-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti– on üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Axşam saatlarınadək paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi, bu dəfə də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.
Qeyd edək ki, qış aylarında yağıntılar yağan zamanı dezinfeksiya işləri lokal xarakterli olacaq.
Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.

Oxşar xəbərlər

Bakıda 552 küçə dezinfeksiya edilib - Yenilənib
Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah küçəyə çıxmayın! - Bakı sakinlərinə XƏBƏRDARLIQ
Bakıda bu gün növbəti dezinfeksiya işləri aparılacaq
Bakı küçələri növbəti dəfə dezinfeksiya edilir
Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur - Diqqət!
Bakıda sakinlərinə xəbərdarlıq: Sabah küçəyə çıxmayın
Bakıda 551 küçə dezinfeksiya edildi
Sabah paytaxt küçələrinə çıxmamaq məsləhətdir...
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Tərtər rayonunda dezinfeksiya işləri davam etdirilir
Oktyabrın 1-dək bağçalar tam açılacaq - BŞİH
Biləcəridə vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edilib - Video
Bakıda qış hazırlıqları - Foto
Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Tərtər rayonunda koronovirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Neçə icra başçısının başı ağrıyacaq
Prezident maraqlandı, meriya hərəkətə keçdi
Nərimanovda keçirilən reydlər gücləndirildi - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI