XİN-dən Ermənistanın yalanıyla bağlı AÇIQLAMA
26-09-2020, 11:36
67

XİN-dən Ermənistanın yalanıyla bağlı AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ermənistan XİN-in Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışa dair açıqlamasını şərh edən L.Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir: "İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.

Əgər Ermənistanın bundan öncəki Prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.

Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.

Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaqdır".

Oxşar xəbərlər

Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Ceyhun Bayramov Mnatsakanyanın cavabını verdi
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
Azərbaycan Türkiyənin addımlarını qətiyyətlə dəstəkləyir – XİN
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü - YENİ FAKTLAR
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və  MAĞARA LİDERİ Paşinyan
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
Müharibə başlasa... - Ermənistanda daş üstdə daş qalmayacaq
"Təxribatla bağlı Lüksemburq səfirinə tapşırıq verildi" - XİN
İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
Azərbaycan vətəndaşları xaricə necə gedə bilər? - RƏSMİ CAVAB
Türkiyə həmsədr olmalıdırmı və “dostlar” niyə belə etdilər? - Təhlil
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı - Əli Həsənov
Türkiyədən Ermənistana daha bir sərt mesaj