Xaricdən sifariş verənlərin nəzərinə! - VİDEO
26-09-2020, 12:49
258

Xaricdən sifariş verənlərin nəzərinə! - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minib. Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla birdəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər. 
Əvvəllər məhsul haqda məlumat təkcə əməkdaşlıq olunan daşıyıcı şirkətin hesabında yaradılırdısa, artıq DGK-nın yaratdığı “Smart Customs”  mobil tətbiqində də sifariş edən fiziki şəxs tərəfindən sadələşdirilmiş bəyannamə təqdim olunmalıdır. 
Bu məsələyə Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını cavablandırarkən aydınlıq gətirib. 
Komitə “Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə, onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?” sualına belə cavab verib: 
““Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir”.
Əvvəllər vətəndaşın daşıyıcı şirkətə göndərdiyi bəyannamə sifariş etdiyi məhsullar haqqında məlumat xarakteri daşıyırdı. Bu, gömrük bəyannaməsi ilə əlaqəsi olmayan, sadəcə mal haqqında məlumat idi ki. Yeni qaydaların tətbiqindən sonra artıq vətəndaş həm də gömrük haqqında bəyannamə təqdim etməlidir. 
Dövlət Gömrük Komitəsi daşıma şirkəti üçün yazılan məlumatı deyil, mobil tətbiq vasitəsilə göndərilən gömrük bəyannaməsini əsas götürəcək. Vətəndaşlar bəyannaməni evdən çıxmadan, kompüter və ya mobil telefon vasitəsilə təqdimedə bilərlər.
Qeyd edilir ki, 300 dollarlıq limit keçilməsə belə, fiziki şəxs hər bir halda sifariş etdiyi məhsulu bu tətbiq vasitəsilə bəyan etməlidir.
DGK-nın “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinə əsasən, “Smart Customs” mobil tətbiqinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Asan İmza və Elektron İmza ilə yanaşı, “Fərdi identifikasiya nömrəsi”ndən (FİN) də istifadə edə bilərlər. 
Xatırladaq ki, Nazirlər Kabinetinin 305 saylı qərarı ilə fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni qərara görə, bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq internet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.

 

Oxşar xəbərlər

DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Sifarişlərlə bağlı qərar 3 günə qüvvəyə minəcək - DGK
Dövlət Gömrük Komitəsinin yeni xidməti tənqid olundu
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
Gömrük limiti qüvvəyə minir - Bahalaşma olacaq
Gömrük Komitəsi yeni daşınma qaydalarına aydınlıq gətirdi
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Məşhur şirkət gömrüyün yeni qərarından yayınmağın üsulunu açıqlayıb
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
"Madeyra" müştərilərdə narazılıq yaradır... - GİLEY
“Yuyucu toz” yükü gətirən avtomobildə “İphone” markalı telefonlar aşkar edildi
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Gömrük Akademiyasının sözçüsü koronavirusa yoluxub
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
"Soyuz-FG" daşıyıcı raketi tarixində sonuncu uçüşun edəcək
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
“Xəzər Dəniz Gəmiçiliyi” cərimələndi
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Səfər Mehdiyev deputata savaş açır..
Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək
Gömrük Komitəsində avtomobil qalmaqalı: Karantin qaydaları pozuldu - Fotofakt
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Deputat: “Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməlidir”