Səfərbərlik Xidməti məlumat YAYDI
27-09-2020, 13:30
40

Səfərbərlik Xidməti məlumat YAYDI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. 
Gündəlik Bakı həmin məlumatı təqdim edir:
"Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır. Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.
Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.
Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur".

Oxşar xəbərlər

Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
“Səfərbərlik şousu” düzəldən məmur övladları da hərbi təlimlərə çağırılıb?..
Bu, səfərbərlik deyil, adi təlimdir - Millət vəkili
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - Açıqlama
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıla bilər
Ermənistan ordusunun əsgəri fərarilik edib
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Səfərbərlik zamanı qızlar da çağırılacaq – MÜHARİBƏ OLARSA…
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
Müdafiə Nazirliyi Serj Sarqsyana cavab verib
"İki nazir birləşərək Prezidentə bazada aktivləşdirilməyən şəxsiyyət vəsiqəsi verib"
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Müdafiə naziri: “Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”
Mehdi Səlimzadə də ortalıqda görünmür... - Sakinlərdən ilginc mövqe