Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
27-09-2020, 18:23
158

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb

Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edib.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilib.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxmış, kənddə elektrik enerjisi kəsilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmaları istiqamətində zəruri tədbirlər görülür.
İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin olunacaq

Oxşar xəbərlər

Ermənilər mövqelərimizi atəşə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Cəbhədə GƏRGİNLİK: Düşmən iriçaplı pulemyotlardan bölmələrimizi atəşə tutdu
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Gecə cəbhədə nə baş verib?
Cəbhə xəttində erməni təxribatı davam edir
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Düşmən minaatanlarla atəş açdı - Gornaboy, Gədəbəy, Tərtər...
Ermənilər bu rayonlarımızı atəşə tutdu
Atəşkəs yenə pozuldu
Səfərbərlik Xidməti məlumat YAYDI
Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Cəbhədən yeni xəbər
Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Ermənistan atəşkəs rejimini 29 dəfə pozdu
Ermənistan silahlı qüvvələri atəşkəsi sutka ərzində 29 dəfə pozub
Müdafiə Nazirliyi məlumat yaydı
Ermənilər atəşkəs rejimini sutka ərzində 57 dəfə pozdu
Düşmən bölmələrimizi snayper tüfənglərindən ATƏŞƏ TUTDU
Mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənistan atəşkəs rejimini sutka ərzində 65 dəfə pozub
Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu