Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
28-09-2020, 03:18
74

Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi

“Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin Azərbaycan Ordusundakı itkilərin sayı ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və reallığı əks etdirmir. Bu, Azərbaycan Ordusunun uğurları qarşısında erməni əhalisi arasında hökm sürən təşviş və ordularındakı yaranmış xaosu bir qədər azaltmaq məqsədi güdür”.
Azərbaycan Müdafiə Nazirliyindən Gundelik-baku.com-a daxil olan məlumata görə, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb: “ Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib”.
Məlumata görə, Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb: “Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”.

Oxşar xəbərlər

"Düşmənin çoxlu sayda hərbi texnikası məhv edilib" - MN
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Goranboyda xeyli sayda silah-sursat tapıldı
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
Ermənistanın daha bir PUA-sı məhv edildi
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən DANIŞDI
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Sərhəddən tapança keçirmək istədilər - FOTO
Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Şəhid olan hərbçimizin fotosu YAYILDI
"Bandotdel" əməliyyat keçirdi - SAXLANILANLAR VAR
“Meşə qan gölünə dönmüşdü”: Qəhrəman qazinin son döyüşü - Video
Neftçalada 4 ton çətənə kolu məhv edildi
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Adam öldürmək üçün avtomat aldı
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
Dəniz kənarından 2 ədəd mina tapıldı
Bakıda uşaq bağçasından 24 min manatlıq oğurluq edildi
Daha bir kəndimiz azad olundu - YENİLƏNİB (RƏSMİ)
Tovuz şəhidi ilə vidalaşır - Foto, Video
Tanklarımız da hərəkətə keçdi - Müdafiə Nazirliyi video yaydı
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
Bu gecə 10 erməni əsgəri yaralanıb: Birinin vəziyyəti ağırdır - Rəsmi