“Ermənistan işğal etdiyi ərazilərdən davamlı olaraq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur”.
Gundelik-baku.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, Ermənistanın dünəndən bəri həyata keçirdiyi təxribat nəticəsində 6 mülki şəxs həyatını itirib: “Son məlumatlara görə, 19 nəfər yaralanıb”.