Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
1 noyabr 1954-cü ildə Əlcəzair xalqı müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlamışdır. Müstəmləkəçi qüvvələrin xalqınıza qarşı törətdiyi misli görünməmiş şiddətinə, zorakı əməllərinə və müharibə cinayətlərinə baxmayaraq, Əlcəzair xalqının müstəqillik əzmi sarsılmamış, əksinə, milli birlik və həmrəylik daha da güclənmişdir.
Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.
Ötən illər ərzində Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq konstruktiv məcrada inkişaf etmişdir. Bu mənada, beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
İnanıram ki, Azərbaycan-Əlcəzair əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə möhkəmlənəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
31
oktyabr
17:02

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev misirli həmkarını təbrik etdi
Azərbaycan Əlcəzairi təbrik etdi
İlham Əliyev serbiyalı həmkarını təbrik etdi
İlham Əliyev İspaniya Kralını təbrik etdi
İlham Əliyev Əbdülfəttah əs-Sisiyə məktub göndərdi
İlham Əliyev Kralı təbrik etdi
İlham Əliyev Tunis Prezidentini təbrik etdi
Əlcəzair XİN başçısı Azərbaycana gəlir
İlham Əliyev Miloş Zemanı təbrik etdi
İlham Əliyev slovakiyalı həmkarını təbrik edib
Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi
İlham Əliyev vyetnamlı həmkarını təbrik etdi
İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
Dövlət başçısı monteneqrolu həmkarını təbrik etdi
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi
İlham Əliyev Polşa dövlət başçısını təbrik edib
Benin Prezidenti Azərbaycan liderini təbrik etdi
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Prezident Çin Xalq Respublikasının Sədrini təbrik etdi
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
İlham Əliyev Latviya Prezidentini təbrik etdi
Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
Prezident əlcəzairli naziri qəbul etdi
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Qətər Əmiri İlham Əliyevi təbrik etdi
Kim Çen In Azərbaycan Prezidentini təbrik etdi
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- Hansı yaşda evləndikdə boşanma riski yüksək olur?
- Portuqaliya Ukraynaya 3 "Leopard" tankı verib
- Azərbaycan quş qripinə görə bəzi məhdudiyyətləri aradan qaldırdı
- Fransa xalqı Makronu istefaya ÇAĞIRDI
- Millət vəkilinə silahlı hücuma REAKSİYALAR
- Deputat Fazil Mustafa güllələndi - YENİLƏNİR
- Fazil Mustafanın güllələndiyi ərazidən GÖRÜNTÜLƏR
- Messi het-trik etdi, Argentinadan 7 qol - Video
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü