Bakıda komendant saatı rejim qaydalarına uyğun təşkil edilib - Postlardan REPORTAJ
29-09-2020, 07:27
344

Bakıda komendant saatı rejim qaydalarına uyğun təşkil edilib - Postlardan REPORTAJ

Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda Komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisində polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər. 
Gündəlik Bakı xəbər verir ki, saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir. 
Belə ki, avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerinədə baxış keçirilir. Paytaxtın müxtəlif ərazilərində qurulan postlarda təkcə avtomobillər deyil, həm də piyada gəzən şəxslər də saxlanılaraq yoxlanılır. Buraxılışı olmayan şəxslər polis bölməsinə aparılır. 
Polis tərəfindən aparılan yoxlamalar zamanı komendant saatı rejiminin qaydalarından xəbərsiz olanlar da aşkar edilib. Həmin şəxslər də polis bölməsinə aparılıb.
Qeyd edək ki,  Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.(apa.az)

Oxşar xəbərlər

Bu gecədən hərbi vəziyyət elan edilir - RƏSMİ
Azərbaycanda hərbi vəziyyət qüvvəyə mindi
Prezident hərbi vəziyyət elan edilməsi haqqında Fərman İMZALADI
Postların sayı azaldılan Bakıda son vəziyyət - FOTOREPORTAJ
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Prezident Vilayət Eyvazovu komendant TƏYİN ETDİ
Bakıda “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
Qəbələyə istirahətə gələnlər cərimələndi
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu
Bakıda kafenin sahibi həbs edildi, müştəriləri - CƏRİMƏLƏNDİ
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Bakıda moped oğurlayan şəxslər tutuldu - FOTO
Saatlıda idman zalının sahibi və müştəriləri cərimələndi
Bakıda ata bilmədən oğlunu "cinayətkar" çıxardı
ABŞ-dakı iğtişaşlarda 11 nəfər ölüb, minlərlə insan həbs olunub
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanıldı
Bakı sakininə qarşı qeyri-adi soyğunçuluq - “Topaz” kuponu zorla əlindən alınıb
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq
Gəncədə karantin rejimini pozan sakinlərə protokol tərtib edilib
Bakıda polis polkovniki qətlə yetirildi