Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb
1-10-2020, 05:08
184

Düşmənlə təmas xəttində raket və mərmi qalıqları aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 17 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, daxil olmuş 18 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun Üçoğlan və Sarıcalı kəndləri, Ağcabədi rayonunun Ağgöl, Minəxorlu, Arazbar və Köyük kəndləri, Füzuli rayonunun Bala Bəhmənli, Goranboy rayonunun Meşəli və Yenikənd kəndləri, Tərtər rayonunun N.Nərimanov küçəsi və Pambıqçılıq zavodunun ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 7 ədəd raket və 8 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən 30-dək 54 siqnal (əməliyyat çağırışı) əsasında 52 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisində ev və həyətyanı sahəyə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 1 ədəd aviabomba (OFAB-100), 13 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxeması və 12 ədəd partlamış raket hissələri aşkar olunub.

Oxşar xəbərlər

Bakıda mərmi aşkarlanıb - Foto
Cəbhə xəttində erməni təxribatı davam edir
Gəncədə iki top mərmisi tapıldı
Ermənilər mövqelərimizi atəşə tutub
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Dəniz kənarından 2 ədəd mina tapıldı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Cəbhə xəttində erməni təxribatı davam edir
Ermənilər atəşkəs rejimini sutka ərzində 57 dəfə pozdu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Cəbhə xəttində erməni təxribatı davam edir
Cəbhədə GƏRGİNLİK: Düşmən iriçaplı pulemyotlardan bölmələrimizi atəşə tutdu
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Ermənilər yenidən Tovuzu atəşə tutdu - Nazirlik məlumat yaydı
Ermənistan atəşkəs rejimini sutka ərzində 65 dəfə pozub
Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu
Cəbhədən yeni xəbər
Mövqelərimiz pulemyotlardan və snayperlərdən atəşə tutuldu
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı
Ermənilər bu rayonlarımızı atəşə tutdu
Gecə cəbhədə nə baş verib?
Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub
Düşmən minaatanlarla atəş açdı - Gornaboy, Gədəbəy, Tərtər...
Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yaydı
Goranboyda xeyli sayda silah-sursat tapıldı
Sutka ərzində atəşkəs rejimi 37 dəfə pozulub
Ermənistan atəşkəs rejimini 29 dəfə pozdu
Atəşkəs yenə pozuldu
Müdafiə Nazirliyi məlumat yaydı
Ermənilər atəşkəs rejimini sutka ərzində 46 dəfə pozub