Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
19-10-2019, 17:00
10 250

Kür çayında suyun səviyyəsi 18 santimetr artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla onun 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-70 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, oktyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 77 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 43 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 78 faizinə bərabərdir.
Oktyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 santimetr artaraq 331 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 181 santimetr olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 114 santimetrə bərabər olub. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 155 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 santimetr azalaraq 30 santimetr olub.

Oxşar xəbərlər

Çaylarımızda suyun səviyyəsi necədir?
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
İstirahət gününün HAVAsı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Sabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Bakıda yağış gözlənilir - HAVA PROQNOZU
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı
Kür çayı Xəzərə qovuşdu
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
Ucarın kəndi bir ildir susuz qalıb - Video
Dünyada ən uzun şüşə körpü açıldı
Nazirlik əhalini ehtiyyatlı olmağa çağırdı: Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq
Bu gün 3 506 nəfər imtahan verəcək
Ölkənin bu bölgələrində su olmayacaq
Vaksin almaq üçün nə qədər vəsait xərclənəcək? - Rəsmi
20 minə yaxın avtomobil postlardan geri qaytarılıb
Kürün suyu artıb - Rəsmi
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
“Azərbaycan nefti olmadan Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsi mümkün olmazdı”
İşə qəbul imtahanları davam edir
Azərbaycanda gözdən qurd çıxarıldı - VİDEO
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
Oktyabrda Azərbaycanda ətin qiyməti bahalaşacaq - AÇIQLAMA
Sabah şimşək çaxacaq, dolu düşəcək
Sabahın hava proqnozu açıqlandı
Sabah hava küləkli olacaq