Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda
19-10-2019, 13:30
10 272

Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda

Oktyabrın 18-də Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.
Bu barədə Unikal.org-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA-da hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib.
Qeyd olunub ki, həmin qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci il yanvarın 1-dən etibarən təşkil etməlidirlər.
Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib. Bununla yanaşı, bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcəkdir.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.
Bununla yanaşı, sahibkarlıq subyektlərinə müraciət olunaraq, agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə sıx əməkdaşlığa dəvət olunub.
Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Redbull”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytında da (https://afsa.gov.az/az/legislation/acts) yerləşdirilib.
Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.

Oxşar xəbərlər

“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Prezident 2 fərman imzaladı: bu qurumların vəzifələri artırıldı
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Bu müəssisələrlə bağlı cinayət işi başlandı - Rəsmi
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Yenə yararsız at satışı - Qarşısı alındı
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
Restoran sahiblərinə xəbərdarlıq edilib
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
AQTA: Mehmanxanaların daha sərt yoxlanması regionlarda həyata keçirilir
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
“ABŞ Azərbaycanın yanındadır” — Mayk Pompeo
Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
Beyləqanda istehlakçıları aldadan süd istehsalçıları kimə arxayındırlar? - AQTA hara baxır?
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
"ABŞ Azərbaycana dəstək verməyə hazırdır" - Li Litzenberger
Əli Əhmədov: "Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub"
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
Azərbaycanda bu tarixdən ov mövsümü açıq elan edildi
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
Sifarişlərlə bağlı qərar 3 günə qüvvəyə minəcək - DGK
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi