Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
19-10-2019, 16:00
10 356

Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Bu gün Bal yarmarkasında iştirak edən arıçılar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təltif ediliblər.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, mükafatlandırılma mərasimində 321 arıçıya yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçıya keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” sertifikatı, 38 arıçıya nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçıya isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” təqdim edilib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak edib. Hər arıçı satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququna malik olub. Yarmarkaya təqdim olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlanılıb. Satışa keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb. 

Oxşar xəbərlər

“Kənddən Şəhərə” ilə əməkdaşlıq edən fermerlərin sayı artır
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
Nazir deputatın bacısı qızına yeni VƏZİFƏ VERDİ
İnam Kərimov Fermerlər Şurasını topladı
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər! - Müsahibələr başlayır
Ucuz malları brend adı ilə baha satan mağazalar- SAXTAKARLIQ
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Azərbaycanla Çin müştərək aqrar-sənaye kompleksi yaradacaq
Tərtərdə pendir istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Bu qurumun adı dəyişdirildi
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
"Kənd təsərrüfatında gənc kadrlar yetişməlidir" - deputat
Oğuzda heyvanlar kütləvi zəhərlənib - FOTO
Veniamin Mayorov “Şöhrət” ordeni ilə təltif edilib
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Qüdrət Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - AÇIQLAMA
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Təhsil Nazirliyi MİQ imtahanında iştirak edən namizədlərə müraciət etdi
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
Komitənin nümayəndə heyəti Nyu-Yorkda
Bir il əvvəl anons edilən Zeiss ZX1 kamerası Bluetooth sertifikatı aldı
Prezidentdən İsa Həbibbəyli ilə bağlı SƏRƏNCAM
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ