İranla münasibətlərin gərginləşməsi fonunda Bakı-Tehran münasibətlərin qırılma nöqtəsinə çatacağı haqda proqnozlar intensivləşməkdədir. Bu ölkə ilə sərhədlərin bağlanması, yaxud İrana səfərlərlə bağlı sərt prosedurların tətbiqi istiqamətində təkliflər səslənir.
Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elman Nəsirov İranın Azərbaycana düşmən ölkələrlə dostluq siyasəti yürütməsinin münasibətlərə təsirsiz ötüşmədiyini deyib:
“Prezident İlham Əliyev ölkəmizin xarici siyasət kursunu müəyyən edib və burada əsas istiqamət ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətləri yüksək qurduğumuz üçün çoxtərəfli münasibətlərimiz də inkişaf edir. İkitərəfli münasibətlərdə prioritet dostlarla münasibətlərin qurulmasıdır. Bu baxımdan biz İranla münasibətlərin daha da dərinləşməsində maraqlıyıq. Təəssüf ki, bunun qarşılığında İrandan adekvat addımlar görmürük. 44 günlük müharibədə və müharibədən sonrakı dövrdə də Ermənistana dəstək fonunda İranın ermənipərəst mövqeyini müşahidə etdik. Lakin Ermənistan elə ölkələrlə dostluq edir ki, onlar İrana düşməndir. Məsələn, ABŞ, Fransa və s. Bütün bu reallıqları nəzərə aldıqda ortada fərqli mənzərə olmalıdır”.
Millət vəkili hazırda iki dövlət arasında gərginliyin yaranmasında əsl səbəbkarın İran İslam Respublikası olduğunu qeyd edib:
“Vəziyyət elə həddə çatıb ki, artıq İran KİV-ləri Azərbaycan əleyhinə faəliyyət göstərir, eyni zamanda Azərbaycanla sərhəddə hərbi manevrlər həyata keçirilir. Bundan başqa, İranda azərbaycanlıların yaşadığı ərazilərdə etriaz dalğaları daha amansız şəkildə yatırılır. Bu reallıqlar fonunda belə, Azərbaycan dövləti çox istərdi ki, İranla münasibətlər normallaşsın. Ötən gün Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığı müsbət yöndə olub. Lakin gərək İran sözdə dediklərini əməldə də göstərsin. Əks halda vəziyyət drammatikləşməyə doğru gedir və biz bunda maraqlı deyilik. Çünki qonşularla gərginlik, vəziyyətin pisləşməsi heç bir tərəf üçün yaxşı hal deyil.
Belə bir ifadə var – “Tanqonu tək oynamırlar”. Biz sülhpərvər mövqe nümayiş etdiririksə, İran da buna cavab verməlidir. Hesab edirəm ki, tezliklə İranın hərbi siyasi rəhbərliyi dərk edəcək ki, bu dünyada İranın dostlarının sayı barmaqla sayılacaq qədərdir. Belə vəziyyətdə dostları itirməyə dəyərmi? Hesab edirəm ki, İran bu sual üzərində düşünməli və nəticə çıxarmalıdır".
"Tanqonu tək oynamırlar" – Deputat gərginləşən İran-Azərbaycan münasibətlərindən danışdı
15
noyabr
13:41

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Elman Nəsirov: “Bunu İran dövlətinin adına yazmaq olmaz”
"İran Xameneizmdən imtina etdi, bundan sonra..." - Açıqlama
Azərbaycan Prezidenti Türkiyə və İsraili necə barışdırdı? - AÇIQLAMA
Deputat: Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilir
Baş prokuror İranın səfiri ilə görüşdü
ABŞ da, Rusiya da gözəl bilir ki, Azərbaycanın siyasəti... – Nəsirov
Elman Nəsirov: “Çox istərdik ki, İranda daxili situasiya sabit olsun”
Bakı ilə Tehran Xəzərdə birgə yataqlar istismar edə bilərmi?
Razılaşma Ermənistanda böyük narahatlıq doğurub - ŞƏRH EDİLDİ
Deputat: “İran nankorluq edir”
İlham Əliyev: “Rusiya ilə ikitərəfli münasibətlərin dinamikası bizi çox sevindirir”
"İranla diplomatik əlaqələri kəsirik" - Kuleba
Elman Nəsirov: “Bakı və Moskva müttəfiqdir, münasibətlərin bundan yüksək, ali səviyyəsi olmur”
"Rusiya-Azərbaycan münasibətləri özünün ən yüksək mərhələsinə daxil olur"— ŞƏRH
Ceyhun Bayramov Tehranda: Azərbaycan-İran-Türkiyə münasibətlərində yeni era
Azərbaycanla münasibətlərin korlanmasında bütün məsuliyyət İran rəhbərliyinin üzərinə düşür
“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY
İsrail və Türkiyə münasibətlərinin bərpası regiona nə qazandıracaq?
Qırğızıstan Azərbaycanın strateji müttəfiqidir - Deputat
“İran üçün müsəlman Azərbaycan hamıdan yaxın olmalıdır” – Politoloq
Üçüncü Netanyahu dönəmi Azərbaycana nə vəd edir?
Ceyhun Bayramov İran prezidenti ilə görüşüb - Foto
"Ermənistanla münasibətlərin normallaşdırılması təklifini biz etmişik" - Prezident
İranın vitse-prezidenti Azərbaycanla münasibətlərdən danışdı
İlham Əliyev slovakiyalı naziri qəbul etdi
İlham Əliyev Özbəkistana səfər edəcək
Elman Nəsirov: “Bunun konkret bəhrələrini görmüşük, ötən il Vətən müharibəsi bunu tamamilə sübut elədi”
İlham Əliyev misirli həmkarını təbrik etdi
Rusiya Müdafiə Nazirliyi son açıqlamaları Putindən xəbərsiz verib? – Deputatdan AÇIQLAMA
Ankara ilə İrəvan arasında normallaşma danışıqları Türkiyə və Ermənistanda keçiriləcək
- Tokio aeroportunda 2 təyyarə toqquşub
- Böyük Britaniyanın keçmiş baş naziri Conson parlamentdən istefa verdi
- Türkiyədə 2 bələdiyyə işçisi bir-birini güllələdi
- Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
- Təbrizdə narazı xalq prezidentin kortejinin qarışını kəsdi
- Musk Fransada Tesla zavodu tikmək istəyir
- "Gizli saklı"nın aktrisası yeni serialda
- Ötən gün yol qəzalarında 2 nəfər ölüb
- Azərbaycan neftinin qiyməti dəyişmədi
- Estoniya XİN 58 rusiyalının ölkəyə girişinə qadağa qoydu: Siyahıda Patriarx Kirill də var
- Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
- Filippində vulkan püskürdü: On mindən çox sakinin təxliyəsinə başlanıldı
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Almaniyanın məşhur rok qrupu dağılır
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar
- Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib
- Ukraynanın hava hücumundan müdafiə sistemlərinin səmada zərərsizləşdirdiyi onlarla raket
- “Taliban” “Nestle”ni Əfqanıstan bazarına buraxır
- ABŞ müdafiə və hərbi xərcləri azaldacaq
- Məşhur türkiyəli aktyor yaşadığı evdən çıxarılır
- İbrahimoviçin “Milan”ı tərk edəcəyi dəqiqləşdi