"Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir" - Prezident
15-10-2020, 13:51
23

"Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir" - Prezident

"Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub".
Gündəlik Bakı  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.
"Ermənistan tərəfi həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil.
Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir", - dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti deyib: "Biz atəşkəs rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak olub".

Oxşar xəbərlər

Prezidentin “France 24” kanalına müsahibəsi - TAM MƏTN (YENİLƏNİB
"Ermənistan müharibəyə hazırlaşır"
"İndi onlar ciddi məğlubiyyət acısını yaşayırlar" - İlham Əliyev
İlham Əliyevdən ATƏT-in MİNSK qrupuna: Onları dayandıran yoxdur
"Sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər” - Prezident
"Əgər ermənilər bizə hücum etsələr, peşman olacaqlar" – Prezident
Fransadan Dağlıq Qabağla bağlı BƏYANAT – Bu tarixdə...
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
"Ermənilər özləri Yaxın Şərqdən insanları cəlb edirlər" - İlham Əliyev
Deputatlar səfərbərliyə hazırdımı... - Özləri danışır...
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
"Rusiya bu adla Azərbaycana yenidən özünün hərbi bazasını qaytarmaq istəyir..."
İlham Əliyev Rusiya, İran və ABŞ-ın mövqeyini şərh edib
Dövlət başçısı Makrondan sübut tələb etdi
XİN: Paşinyan baş nazir olduqdan sonra 30 dəfə təxribat törətdi
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
Lavrov-Bayramov görüşünün pərdəarxası məqamları
“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
“Biz öz ləyaqətimizi müdafiə edirik” - Prezident
“Biz geri qaytardığımız torpaqlarda yaşayacağıq!” - İlham Əliyev
Həmsədrlər Qarabağa səfər edəcəklər
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
190 manatlıq yardım prosesi niyə uzanır?
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL