Prezident İlham Əliyev “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola Azərbaycan Respublikasının qoşulması ilə bağlı qanun imzalayıb. Azərbaycanın bu Əlavə Protokola qoşulması yerli daşıyıcılara elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) istifadə üçün şərait yaradacaq, onların Avropa İttifaqı bazarında rəqabət qabiliyyətinin artmasına töhfə verəcək.
Azərbaycan sözügedən Konvensiyaya 2000-ci il 11 fevral tarixində qoşulub. Bu Konvensiyanın əsas mahiyyəti avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları müqavilələrinə, xüsusən də belə daşımalar üçün tələb olunan sənədlərə dair vahid qaydalar tətbiq etməkdən ibarətdir. Hazırda Konvensiyanın tələblərinə uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı CMR tətbiq olunur və bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində istifadəyə veriləcək e-CMR bir sıra üstünlüklərə malikdir. Belə ki, elektron əmtəə-nəqliyyat qaiməsi tranzit daşımalarının artırılması və potensialının genişləndirilməsinə, idxal-ixrac əməliyyatlarının asanlaşdırılmasına xidmət edir. E-CMR, həmçinin beynəlxalq bazarda daçıyıcı və ixracatçıların payının artırılması, gömrük əməliyyatlarının sürətləndirilməsi, nəzarət və hesabatlılığın dəqiq və şəffaf aparılmasını təşviq edir.
“Avtomobil nəqliyyatı ilə yüklərin beynəlxalq daşınması müqaviləsi haqqında” Konvensiyaya elektron qaimə ilə bağlı Əlavə Protokol” 2011-ci ilin iyun ayında qüvvəyə minib. Əlavə Protokolun əsas mahiyyəti beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi üçün imkan yaratmaqdan ibarətdir. Elektron əmtəə-nəqliyyat qaiməsi kağız üzərində tərtib edilən CMR-ın alternativ formasıdır və kağız üzərində tərtib edilən CMR-ın ləğvini nəzərdə tutmur. E-CMR-ın tətbiqinin tərəflər arasında real vaxt rejimində məlumat mübadiləsinin həyata keçirilməsi, resurslara qənaət edilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması və daxil edilmiş məlumatlarda dəqiqliyin təmin olunması kimi üstünlükləri vardır.
Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minməsinə baxmayaraq e-CMR-dan istifadə etməklə avtomobil nəqliyyatı ilə ilk beynəlxalq yük daşınması 2017-ci ilin yanvar ayında İspaniya və Fransa arasında həyata keçirilib. Hazırda sözügedən Əlavə Protokola 27 ölkə qoşulub.
Yerli yük daşıyıcılar e-CMR-dən istifadə edəcəklər
16
noyabr
16:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycan daha bir Beynəlxalq Protokola qoşulub
Əli Əsədov qərar İMZALADI
Prezident bu qanunu təsdiqlədi
Azərbaycanda assosiasiyanın fəxri prezidenti vəfat etdi
İlham Əliyev bu qanunu LƏĞV ETDİ
“AYNA” informasiya sistemi YARADILDI
Prezident üç nazirliyə yeni səlahiyyət verdi - FƏRMAN
"Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir” - Prezident
Azərbaycanda sürücülərə "Fərqlənmə nişanı" onlayn qaydada veriləcək
Nazirlikdən TIR sürücülərinin etirazına RƏSMİ AÇIQLAMA
Dövlət Xidmətinin rəsmisi rüşvət iddiasına cavab verdi - VİDEO
Bu gün beynəlxalq məhkəmədə Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək
Azərbaycanla Litva arasında saziş təsdiqləndi
Azərbaycandan Gürcüstana avtobusla gediş-gəliş bərpa edilir? - Müzakirə
Nazirdən yeni təyinat
“Şimal-Cənub” layihəsi ilə bağlı Azərbaycan ərazisində işlər başa çatıb
Qazaxıstan ölüm cəzasını ləğv etdi
Şuşa şəhərinin adından istifadə edilməsi qaydası MÜƏYYƏNLƏŞDİ
Azərbaycanda yeni agentlik yaradıldı
Rusiya sülhməramlıları üçün yüklər niyə dəhlizlə yox, Azərbaycan ərazisindən daşınır? - ŞƏRH
İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışında
Sürücülük vəsiqələri ilə bağlı YENİLİK
Maşın nömrələri elektron qaydada veriləcək - FƏRMAN
Rayonlara gedənlərin NƏZƏRİNƏ: Bu gündən COVID-19 pasportu tələb olunur
Milli Məclisin ilk iclasının gündəliyi - SİYAHI
Azərbaycan və Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıq edəcək
Erməni terror aktları ilə bağlı istintaqın ilkin nəticələri sabah açıqlanacaq
Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib - YENİLƏNİB
İlham Əliyevdən "Formula 1"lə bağlı SƏRƏNCAM
Maşınlara plonka çəkilməsi ilə bağlı dəyişiklik olacaq Prezident fərman imzaladı
- Azərbaycan nefti bahalaşdı
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Maşının yük yerindən 7 kiloqram narkotik tapıldı
- Ailəyə ən çox bağlı olan 3 bürc
- Hövsanda anbardan 30 min manatlıq oğurluq olub
- Yatmazdan əvvəl telefonu boş stəkana qoyun – SƏBƏB
- “Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
- Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı
- Yaxşı gecə yuxusu üçün ideal içki açıqlandı
- Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı
- Mavi balina sahildə partladı - Əhaliyə uzaqlaşdırma əmri verildi (VİDEO)
- Tokayev İlham Əliyevi təbrik etdi
- Türkiyəli müğənni vəfat etdi
- Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb
- Problemlərin həlli üçün əlverişli gündür - BÜRCLƏR
- "Adım Farah"da bu aktyor rol alacaq
- Xaçmazda ahıl kişi intihar etdi
- Türkiyəli aktrisa toydan 2 ay sonra ana oldu
- "Rusiya Baxmutu tam nəzarətə götürüb" - “Vaqner”
- Yaponiya Rusiyaya bəzi xidmətlərin göstərilməsini qadağan edəcək
- İspaniyada “F-18” qırıcısı qəzaya uğradı: Pilot katapult etdi
- Balıqlara qadağa mövsümündə burada ov edə bilərsiniz
- Bayden jurnalistə kobud cavab verdi: “Ağzını yum”
- Azərbaycan nefti bahalaşdı