"Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər" - Prezident
19-10-2020, 21:22
96

"Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər" - Prezident

"Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər".
Gündəlik Bakı xəbər verir ki, Prezident İlham Əliyev bu barədə TASS informasiya agentliyinə müsahibəsində bildirib.
Dövlət başçısı deyib: “Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim”.

Oxşar xəbərlər

"Onlara açıq şəkildə mesajımı ünvanlamışam ki..." - İlham Əliyev
"Ermənilər özləri Yaxın Şərqdən insanları cəlb edirlər" - İlham Əliyev
“Bu, mənim erməni xalqına sözümdür” - İlham Əliyev
Prezident: Bu, bizim torpağımızdır, biz onu itkilər verərək geri qaytarmışıq, biz heç vaxt bundan geri dönməyəcəyik
“Biz geri qaytardığımız torpaqlarda yaşayacağıq!” - İlham Əliyev
"İndi onlar ciddi məğlubiyyət acısını yaşayırlar" - İlham Əliyev
Bacısı Fədayə Laçına görə təşəkkür etdi
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ
Prezident hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə münasibət bildirdi
"Sanki bunlar da hər hansı bir diplomatik fəaliyyətdədirlər” - Prezident
"Torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!" - İlham Əliyev
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
"Artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir” - Dövlət başçısı
ABŞ şirkəti Laçının kəndində  erməni uşaqlar üçün oyun meydanşası yaratdı...-FOTOLAR
Kəlbəcər və Laçın qaytarılır? – 4 il əvvəlki sazişin icrası niyə yarım qalıb?
Dövlət başçısı Makrondan sübut tələb etdi
Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – Foto
İlham Əliyev erməni xalqına MÜRACİƏT ETDİ
"Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir" - Prezident
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
“Ermənistan ərazisində hərbi hədəfimiz olmayıb” - Prezident
“Artıq əsəblərimizlə oynayırlar” - Mənsum İbrahimov
“Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
“AXCP-nin qeydiyyata alınmasını tələb edirəm”
"Ermənistan müharibəyə hazırlaşır"
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Prezident ordumuzun müasir silahlarından danışdı
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib