Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
26-10-2020, 11:06
132

Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq

“Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir”.
Gündəlik Bakı xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:
“Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.
Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.
Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.
1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.  
Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çalışırıq.
Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.
Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”.   

Oxşar xəbərlər

Bu gün Hikmət Hacıyevin ad günüdür
Prezidentin köməkçisi bloqerlərlə GÖRÜŞDÜ
"Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir" - Hikmət Hacıyev
Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
Prezidentin köməkçisi Ermənistanla sərhəddə - FOTOLAR
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
İlham Əliyev Ərdoğana təşəkkür etdi
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Ermənistan ordusunun əsgəri fərarilik edib
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
Bu gecədən hərbi vəziyyət elan edilir - RƏSMİ
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Diplomatlar Gəncə və Mingəçevirə səfər edəcək
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
“Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir” - XİN
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Təyyarə vurulmayıb - Müdafiə Nazirliyindən TƏKZİB
Düşmən ordusunun polkovnik-leytenantı MƏHV EDİLDİ
DSX-nin 3 əməkdaşı general-leytenant, 2 əməkdaşı general-mayor oldu
Prezidentinin köməkçisi KİVDF rəhbərliyi ilə görüşür – Ev bölgüsü müzakirə olunacaq
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Ərdoğan İlham Əliyevə zəng etdi
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”