Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama
26-10-2020, 11:21
520

Erməni əsgərinin Azərbaycan hərbi geyimi ilə bağlı – Açıqlama

“Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdeyib. O, bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapmışdır.

“Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.

Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çalışırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”.

Oxşar xəbərlər

Şuşada PKK-çılara Azərbaycan hərbi forması geyindirilir - Prezidentin köməkçisindən xəbərdarlıq
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - MN
Əsir götürülən komandirlə bağlı erməni açıqlaması
Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
"PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir" - Vaqif Dərgahlı
Türkiyə Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq!
Daha bir erməni əsgər öldü
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
Ermənistan ordusunun əsgəri fərarilik edib
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
Avropa mətbuatı erməni təcavüzündən yazdı
"Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir" - Hikmət Hacıyev
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Bu gün Hikmət Hacıyevin ad günüdür
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
Hikmət Hacıyev: “Azərbaycan Türkiyənin Şərqi Aralıq dənizində fəaliyyətini birmənalı olaraq dəstəkləyir”
Ermənistan müdafiə naziri Qarabağa gəldi
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Təyyarə vurulmayıb - Müdafiə Nazirliyindən TƏKZİB
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
Müdafiə Nazirliyi Serj Sarqsyana cavab verib
Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
Bu gecə 10 erməni əsgəri yaralanıb: Birinin vəziyyəti ağırdır - Rəsmi
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı