Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."
26-10-2020, 12:03
155

Ağstafada icra hakimiyyəti nəyə lazımdır? - "Dəfələrlə şikayət etsəm də..."

"Döşəyi betonun üzərinə sərib, üstündə yatırıq. Qarşıdan qış gəlir, yenə soyuq betonun ümidinə qalacağıq, böyrəklərimiz çürüyüb, sıradan çıxıb”. DİA.AZ bildirir ki, bunu Ağstafanın Kolxəlfəli kənd sakini Elza Əiyeva deyir.

Elza xanım deyir, oğlu Əflatun Əliyev 1990-cı illərdə Qarabağda döyüşüb, müharibə veteranıdır. Səhhətinə görə işləyə bilmir, müharibə veteranı kimi aldığı 80 manat məbləğində təqaüd ailənin tələbatlarını ödəmir: “Müharibənin oğlumun səhhətinə vurduğu zərərlər yaşa dolduqca üzə çıxır, beynində problem var, müalicə ala bilmir. İş yoxdur, olsa da, səhhətinə görə əmək fəaliyyətiylə məşğul ola bilmir. Əvvəllər fəhləliklə məşğul olurdu, ailəni birtəhər dolandırırdı. Uşaqların anası yoxdur, bütün qayğıları atanın üzərindədir. Mən də pensiyamla kömək olmağa çalışıram. Ancaq yaşım yetmişi ötüb, özüm də xəstəyəm, dərmanlarım, başqa qayğılarım var. Bununla belə, çalışıram ki, oğluma, nəvələrimə köməyim dəysin”.

Elza xanımın nəvələrindən biri kollecdə pullu təhsil alır, digəri 10-cu sinifdə oxuyur. Ancaq maddi imkansızlıq onların təhsilinə də öz təsirini göstərir: “İki nəvəm var - qızın 18 yaşı var, kollecin ödənişini etməsək, təhsili yarımçıq qalacaq. Oğlan 10-cu sinifdə oxuyur, nə məktəb ləvazimatı var, nə geyimi... İndi karantindir, məktəb yoxdur, sabah məktəblər açılsa, ayaqqabısı da yoxdur ki, ayağına geyinib getsin...”

Elza xanım deyir, illərlə pensiyasından kəsib, həyətdə bir heyvan damı tikməyə çalışıb, o da yarımçıq qalıb: “Fikirləşdim ki, bəlkə heyvan saxlasaq, vəziyyətdən çıxa bilərik. Heyvan üçün dam tikmək istədim, o da yarımçıq qaldı. Damı tikəndən sonra heyvanı hansı pulla alıb o dama salacağıq, o da başqa dərddir. Bu bir tərəfə, qaldığımız ev bir otaqlıdır, yeri betondur, xəstə oğlum, nəvələrim, özümün də yaşım yetmişdən yuxarı, bu betonun üstündə yatmağa məcburuq. Eləcə, döşəyi bu başdan o başa atırıq, yatırıq. Betonun soyuğu səhərə kimi canımıza hopur, uşaqlar da, mən də tir-tir titrəyirik, çarpayı almağa da imkanımız yoxdur. Nəvəm deyir, biz nə vaxta qədər bu şəraitdə yaşayacağıq? Uşaq yaşayışımıza görə öz yaşıdlarından utanır”.

Elza xanım evin təmirinə lazım olan tikinti materialı üçün Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq deməsinə görə, qurumdan ona müsbət cavab verilməyib: “Evin dam örtüyü düzəlməlidir, divarları nəm çəkir, bir çarə edilməlidir, yaşlı adamam, betonun üstündə altımda yaş döşək, üstümdə yaş yorğanla yatıb-dururam. Bir az hörgü işi edə bilmişik, onu da, pensiyamla etmişik, daha edə bilmirik, ona görə də icra hakimiyyətinə müraciət etdik, ancaq heç bir faydası olmadı”.

Oxşar xəbərlər

"Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki?"
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
Başçısı həbs olunan rayonda sakinlər çarəsiz qalıb... - Şikayətlərə baxan yoxdur...
“Ağrıyıram, Ağamirzə, ağrıyıram...” Meyxanaçı Kərimdən XƏBƏR VAR
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...
“Pulla diplom alıb, not bilmir, amma universitetdə dərs deyir” - Əməkdar artist
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
“Əllərim qıc olmuşdu, su da içə bilmirdim” – Elza Seyidcahan
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
"Səhər, günorta, axşam - həmişə içir" - Kəramətin atası
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
Müqais Verdiyev, 5 min manatımı qaytar ...-MÜQAİS VERDİYEV YENİDƏN HƏBS OLUNA BİLƏR
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
“Ermənilər hər gün qayıqlarla Arpaçaydan balıq tutur, biz niyə tuta bilmirik?...” - KƏNDLİ HİDDƏTLƏNDİ, GENERALA ZƏNG VURMAQ İSTƏDİ
Qarabağ qazisinin oğlu ölüm ayağında - Ana ölkə başçısından kömək istədi (VİDEO)
Qarabağda SAVAŞ BAŞLAYIRMI? - TƏDARÜK VAR
Sabirabadda  qızıl  alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?
Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
Azərbaycanda 1 milyon yığan bələdiyyələr də var: Ancaq sosial layihələr yoxdur
"Günlərlə quru çörəyi belə tapmırıq" - GİLEY
“Muğanbank”da yaşlı müştərinin 10 min manatı necə yoxa çıxdı?
“Tolikdən bunu gözləməzdim” - Xalq artisti
“Başımı itirmişəm, nə edəcəyimi bilmirəm” – Ölmüş erməni əsgərin anası fəryad edir
İcra başçısının qanunsuz göstərişi qalmaqala SƏBƏB OLDU
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Şamaxıda icra başçısı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaşı qəbul edə bilməz?!
Fəxri adsız qalan məşhur aktyor: “Camaata ev verirlər, mən isə evimi satmalıyam ki, yaşayım”
“Uşaq pulu”na son qoyuldu: - “Bu məsələni aktuallaşdırmağın əhəmiyyəti yoxdur”
"İkinci evliliklə bağlı qərarımda qarşımı kəsən odur" - Damla ilə ÖZƏL MÜSAHİBƏ - FOTO