Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM
26-10-2020, 12:16
193

Abdolbari Goozal iqtisadi sabotajla məşğuldur - İTTİHAM

Məni daimi izləyənlər bilir ki, dünən “Azərsun” son qiymət artımlarından bəhs edən yazını post etmişdim, eyni zamanda Holdinqin Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürməsi ilə bağlı istinad etdiyim və paylaşdığım mənbədə məlumat tapmadığımı yazmışdım. Sonradan aydın oldu ki, Holdinq Fonda 1 mln.manat vsəait köçürüb və cəhbəyə yardımlar edir.

Öncə deməliyəm ki, hazırkı müharibənin xərcləri ilə müqayisədə Azərbaycanının ən böyük Holdinglərindən biri olan, istehlak bazarının əhəmiyyətli hissəsinə nəzarət edən Azərsun üçün 1 mln. manat çox kiçik məbləğdir. Nəzərə alaq ki, Azərsun on illərdir ki, ordumuzu ərzaq məhsulları ilə təmin edir və ordan da, xalqa satdığı mallardan da milyardlar qazanır. Ona sözüm yoxdur, amma bildiyim qədər Holdinqin işçilərinin əmək haqqı ödənişində diskriminasiya vardır, xaricdən gələnlər yerli işçilərlə müqayisədə dəfələrlə çox məvacib alırlar. Bunu da yazmazdım, əgər Holdinqin yerli rəhbər işçilərinin demək olar ki, hamısı (adlarını yazmıram gənclərdirlər, səhvlərini başa düşüb, peşman olacaqlarına əminəm) məni qərəzlikdə və müxalif mövqedə suçlayaraq səviyyələrinə uyğun xoşagəlməz şərhlər yazmasaydılar. Gedin, əməyinizə layiqli dəyəri tələb edin, xalqın cibinə girənlərə, ordunun büdcəsindən yaralananlara dəstək olmayın!

Əslində müharibə şəraitində, belə həsas dövrdə xalqın və ordunun ən çox istehlak etdiyi ərzaq mallarının qiymətlərini bahalaşdıranlar dövlətə və hərbiyə müxaliflik edirlər. Mənim məqsədim isə onun qarşısını almaq və genişlənməyə qoymamaqdır.

Ötən həftədən etibarən Azərsun müştərilərinə topdan satdığı şəkər tozunun və bitki yağlarının qiymətlərini belə bahalaşdırıb.

Şəkər tozu 50 kq -lıq kisə 41, 50 manatdan 44,50 manata,
“Final” Gunəbaxan yağı 0.5 litr 1,41 manatdan 1,55 manata,
“Final” Gunəbaxan yağı 1 litr 2,58 manatdan 2,83 manata,
“Final” Gunəbaxan yağı 2 litr 5,02 manatdan 5,53 manata,
“Final” Gunəbaxan yağı 5 litr 12.35 manatdan 13,58 manata,
“Final” Qargıdalı yağı 0,5 litr 1,99 manatdan 2,17 manata,
“Final” Qargıdalı yağı 1 litr 3,50 manatdan 3,85 manata,
“Final” Qargıdalı yağı 2 litr 6,69 manatdan 7,52 manata,
“Final” Qargıdalı yağı 5 litr 16,56 manatdan 18,22 manata bahalaşdırılıb.

Xahiş edirəm ki, bu postu maksimum dərəcədə çox paylaşın ki, xalq görsün ki, dövlətə və hərbiyə müxaliflik edən kimlərdir. Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon pul köçürən kimi satdığı malların qiymətləri qaldırıb onun xərcini xalqdan və ordudan çıxmağın adı hazırkı müharibə dövründə nə ola bilər ki? Fürsətçilik!

P.S. Yeri gəlmişkən, Azərsun dəmir qablarda olan və çəki ilə satdığı yağların da qiymətini bahalaşdırmağı planlaşdırır. Əgər, bu qiymət artımını durdura bilməsək, digər məhsullarını da bahalaşdıracaq.

Qubad Ibadoğlu, İqtisadçı alim

Oxşar xəbərlər

"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
Azərbaycanın iki tanınmış şirkəti məhkəmə qarşısında
“Azərsun Holdinq”də kadr dəyişikliyi baş verib
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
"AccessBank" bağlanır?
Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
Azərbaycan gömrüyü dünya avtomobil nəhənglərinin şərikinə çevrilib – Vətəndaşlar imdad diləyir
Gəncədə vergi işçisindən ÖZBAŞINALIQ
SOCAR  ölkədə  yanacaq  monopoliyası  yaradır-ARAŞDIRMA
Əlavə pul ödəmədən “biznes klass”da necə uçmaq olar?
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Məktəbli formalarını hardan alaq? - AKTUAL
Həkimlərin gecikən maaşı nə vaxt veriləcək? - Etirazlara dövlət qurumundan CAVAB
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Daha 5 rayon ləğv edilə bilər - Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən...
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım etdi
Sahibkarlara və onların işçilərinə edilən dəstəyin miqdarı AÇIQLANDI
“Sığorta bazarına güvən yoxdur” – Yüz milyonlarla vəsait toplanan bazar böhrandan niyə çıxa bilmir?
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...