Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib
26-10-2020, 15:07
136

Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş keçirilib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMT rəsmisi Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edib. Migel Anhel Moratinos ötən il Azərbaycana səfərini, Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirakını və QMİ sədri ilə çoxsaylı görüşlərini məmnunluqla xatırladığını bildirib.

Şeyxülislama regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bir daha diqqətə çatdıran BMT Baş Katibinin müavini QMİ sədrinin sülh və sabitliyin əldə edilməsi istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Şeyxülislam Allahşükür Paşazadə Moratinosa son günlər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar, Ermənistanın vasitəçi dövlətlərin səyi ilə əldə edilən humanitar atəşkəsi dəfələrlə kobud surətdə pozması, dinc əhaliyə qarşı vəhşilik törətməsi və bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 65 nəfərin həlak olması barədə ətraflı məlumat verib, dünya ictimaiyyətini bu cinayətə qarşı biganə qalmamağa çağırıb.

Video konfrans formatında keçirilən görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirə aparıblar.

Oxşar xəbərlər

Allahşükür Paşazadə yenidən Nobel mükafatına namizəd oldu
Allahşükür Paşazadə Vyanadadır
Şeyxin mühafizəçisinə ağır itki
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
"Şortik geyindiyimə görə mənə su vermədilər" - Şeyxin müşaviri
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Siyavuş Novruzov İSTEFA VERDİ
Gənclər bu dəfə Mübariz Qurbanlı ilə görüşdü
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - "Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək..."
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Məhərrəm ayının xüsusi bir qadağası yoxdur - Hacı Şahin
İlham Əliyevdən Rəcəb Tayyib Ərdoğana MƏKTUB
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
Ərdoğan İlham Əliyevə zəng etdi
Dmitri Peskov koronavirusa necə yoluxmasından danışıb
Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
İranın dini liderinin nümayəndəsi: İran Dağlıq Qarabağın tam azad olunmasını arzulayır
Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
Siyavuş Novruzov: “Əli Kərimli gəlsin ona ərzaq yardımı edək” – VİDEO