Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə baxış iclası keçirilib. "Qafqazinfo" sabiq icra başçısının həbs olunduqdan sonra ilk görüntülərini təqdim edir:
Qeyd edək ki, Alimpaşa Məmmədov vaxtilə oliqarx məmurlardan hesab olunub. Ötən ilin aprelində DTX tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiaham olunur.
