Xalq artisti Niyaməddin Musayev Bakıda fəaliyyət göstərən idman zallarından birində məşq edir.
Bununla bağlı sosial şəbəkədə Azər Rza adlı istifadəçi məlumat yayıb. O bildirib ki, zalda məşq edərkən 82 yaşlı sənətçini görüb. Yaşını öyrənəndə təəccübləndiyini bildirən istifadəçi qeyd edib ki, onun bu yaşda həvəsi və forması qaydasındadır. 
Məlumat üçün bildirək ki, Niyaməddin Musayev dəfələrlə efirlərdə idmanla məşğul olduğunu açıqlayıb. O, hər axşam Dənizkənarı Milli Parkda gəzərək formasını saxladığını bildirir. 82 yaşlı Xalq artisti hətta efirlərdən birində yoqa hərəkətləri etməsi ilə diqqət çəkmişdi.