Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşdə Ermənistanın təxribatları barədə məlumat verib.
Bu barədə XİN-dən bildirilib.
Görüş zamanı, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub.
C.Bayramov Azərbaycan tərəfindən təqdim edilmiş 5 baza prinsipləri əsasında hazırlanmış sülh müqaviləsi elementləri və Ermənistan tərəfinin şərhləri üzrə Vaşinqtonda aparılmış müzakirələr barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin liderlər arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi fəaliyyəti davam etdirməsi, törədilən mina təhdidi və bir neçə gün əvvəl 2021-ci il Ermənistan istehsalı yeni minaların aşkarlanması faktı barədə qarşı tərəfə müfəssəl məlumat verilib. Bölgədə qarşılıqlı şəkildə kommunikasiyaların açılması üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyi və bu istiqamətdə Ermənistanın öhdəliklərinin hələ də yerinə yetirmədiyi vurğulanıb. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin baxışları qarşı tərəfin diqqətinə çatdırılıb.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib. Normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
"Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqlar vacibdir" - Toivo Klaar
26
noyabr
23:48

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Toivo Klaardan Azərbaycan və Ermənistanla bağlı AÇIQLAMA
Toivo Klaar Hacıyev və Qriqoryanla müzakirə APARDI
Toivo Klaar Azərbaycan və Ermənistana səfər edəcək
Ceyhun Bayramov Toivo Klaarla telefonda danışıb
Toivo Klaar İrəvanda səfərdədir
Toivo Klaar: "Aİ Azərbaycan və Ermənistan arasında birbaşa təmasları dəstəkləyir"
Vaşinqton görüşündə bu məsələlər müzakirə olunub - Ceyhun Bayramov AÇIQLADI
Ceyhun Bayramov: "Ermənistan verdiyi vədləri yerinə yetirməlidir"
Toivo Klaar İrəvanda səfərdədir
Aİ nümayəndəsindən erməni hərbçilərin təhvil verilməsi ilə bağlı AÇIQLAMA
Ceyhun Bayramov rus xüsusu elçini qəbul etdi
Toivo Klaar İrəvana getdi
Azərbaycan XİN üçtərəfli görüşlə bağlı məlumat yaydı
Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır
Azərbaycanın təhvil verdiyi erməni hərbçilər İrəvanda - FOTO
İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
Dövlət başçısı İqor Xovayevi qəbul etdi - YENİLƏNİB
Ceyhun Bayramov Mirzoyanla GÖRÜŞDÜ
Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü
Azərbaycan, Ermənistan və Gürcüstan XİN rəhbərlərinin görüşü olub - FOTO (YENİLƏNİB-1)
Ceyhun Bayramov türk mediasına müsahibə verdi
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə telefonla danışdı
Bayramov, Mirzoyan və Blinken arasında görüş olacaq
“Ermənistan bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina edir” - Nazir
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı
Aİ-nin sərhəd müşahidəçiləri İrəvana gəldi
"Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir” - Ceyhun Bayramov
Bu gün təhvil verilən ermənilərin adları açıqlandı
Ceyhun Bayramov Şimali Makedoniyanın XİN başçısı ilə görüşüb
XİN-dən Armen Qriqoryanın Xankəndinə qanunsuz səfərinə REAKSİYA
- Siyəzəndə narkotik satan 10 nəfər tutuldu
- Ötən ay 4 nəfər zəhərlənərək ölüb
- Çağla Şıkel kiminlə eşq yaşayır? - FOTOLAR
- "Döyüş meydanında qələbə olmalıdır" - Lavrov
- "Saakaşvilini təhvil verin" - Ukraynadan Gürcüstana ÇAĞIRIŞ
- Norveç səfiri Türkiyə XİN-ə çağırılıb
- Fransa da İstanbuldakı konsulluğunu bağladı
- "Ukrayna iqtisadiyyatının üçdə birini itirib" - Şmıxal
- Zəngəzur dəhlizi hamının faydasına olacaq - Hulusi Akar
- İranda qadınlarla bağlı yeni gülünc qərar
- İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
- Kamran Əliyev prokuroru işdən çıxardı
- Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
- “Səməd Səmədov məndən 10 min istədi“ - Mənzurə
- Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
- Namiq Qaraçuxurlu səfirliyimizə hücumdan danışdı: “Allah onların bəlasını versin”
- Vətəndaşlardan 12 ov tüfəngi götürüldü
- Küveyt Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib
- Azərbaycan nefti ucuzlaşdı
- Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
- Rusiya və Türkiyə qaz qovşağı ilə bağlı müzakirələrə başlayıb
- Anasının öldüyü gün qızı dünyaya gəlib
- Herrinin konsertdə şalvarı cırıldı
- ABŞ bu tarixdə Çinlə müharibə edə bilər