Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Musa İsmayıl oğlu Rüstəmovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqun mətnində deyilir:
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində vəfat etmişdir.
Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda) mühəndis-texnoloq kimi başlayan Musa Rüstəmov 1959–1988-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, 1988–2011-ci illərdə institutun direktoru olmuş, 2011-ci ildən ömrünün sonunadək müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri işləmişdir.
Musa Rüstəmov 1961-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1973-cü ildə professor elmi adını almışdır.
O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Musa Rüstəmov neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin rəhbərliyi altında modifikasiyaları dərin elmi əsaslar üzərində qurulan yeni nəsil katalitik krekinq sistemi yüksək səmərəliliyi ilə seçilərək, respublikamızda və onun hüdudlarından kənarda neft emalı sənayesində uğurla tətbiq olunmuşdur. Musa Rüstəmovun araşdırmalarında, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların yaradılması məsələləri öz əksini tapmışdır. Alimin bilavasitə iştirakı ilə respublikada hidrogen energetikasına dair ilk tədqiqatlar aparılmış, enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.
Musa Rüstəmov 500-dən artıq elmi əsərin, həmçinin 10 kitabın və 60 patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 130 müəlliflik şəhadətnaməsi almışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən Musa Rüstəmov 50-dək fəlsəfə doktoru və 15 elmlər doktoru hazırlamışdır. Alim xarici ölkələrdəki mötəbər simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.
Akademik Musa Rüstəmovun uzunmüddətli və məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olmuş, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüş, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Görkəmli alim və səmimi insan Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
İsa Həbibbəyli
Tofiq Nağıyev
Vaqif Abbasov
Dilqəm Tağıyev
Vaqif Fərzəliyev.
İlham Əliyev və xanımı alimin ölümü ilə bağlı nekroloq imzaladı
30
noyabr
17:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı akademik vəfat etdi (FOTO)
Prezident və xanımı Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzaladı
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
İlham Əliyev və xanımı nekroloq imzaladılar
İnstitut direktoru VƏFAT ETDİ
Azərbaycanın neft sahəsində tanınmış alimi vəfat etdi
İlham Əliyev və Mehriban Əliyeva nekroloq imzaladılar
Azərbaycanda institut direktoru vəfat etdi
İlham Əliyev nekroloq İMZALADI
Azərbaycanlı professor vəfat etdi
Tofiq Babanlı vəfat etdi - FOTO
AMEA-nın professoru vəfat etdi - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzaladılar
AMEA institutunun iki əməkdaşı vəfat etdi
Prezident və xanımı Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladı
AMEA-nın bu təşkilatları yeni Nazirliyə tabe edildi - SİYAHI
Prezident İlham Əliyev Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident təqaüdçüsü vəfat etdi - FOTO
Professor Oqtay Nüsrətov vəfat edib
Azərbaycanın Əməkdar məşqşisi vəfat etdi
Əjdər İsmayılov vəfat etdi
Nazirlik Zöhrə Abdullayevanın vəfatı ilə bağlı nekroloq yaydı
Ramiz Mehdiyev yeni direktor təyin etdi
İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı
BDU-nun kafedra müdiri vəfat edib
Yaqub Eyyubov komissiya sədri TƏYİN EDİLDİ
AMEA-yə rəhbərlik edəcək Arif Həşimov kimdir? - DOSYE
Hafiz Paşayevin doğum günüdür
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
- Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü
- Bu ərzaqlar xərçəng yaradır - Siyahı
- Kanada Baskov, Boyarski və Qazmanova qarşı sanksiyalar tətbiq edib
- Ramos: “Messiyə qarşı oynayanda əziyyət çəkirdim“
- Bu "iPhone" modelləri İOS 17 yeniləməsini almayacaq
- Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - Video
- Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik
- “Subay vaxtı səhnə daha maraqlı olur”
- Vilayət Eyvazovdan yeni təyinat
- Bakıda direktor 34 min manat mənimsəyib - İDDİA
- Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib
- Ermənistan ordusunda “təmizləmə əməliyyatı”: Məşhur general işdən çıxarıldı
- Rumen Radev səfirliyimizə hücumu pislədi
- 1.5 milyonluq dələduzluqda adı hallanan şirkət rəhbəri azadlıqda – 1 ay əvvəl həbs olunmuşdu
- Naxçıvanda restoranlara at əti satanlar saxlanıldı
- Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pislədi
- Özcan anası ilə bağlı iddialara cavab verdi
- Katalin Novak səfirliyimizə hücumu pislədi
- Çexiyada prezident seçkilərinin qalibi məlum oldu
- Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu
- Rusiya hərbçilərinin olduğu xəstəxanada PARTLAYIŞ
- Gədəbəydə 29 yaşlı qadın dərmandan zəhərləndi
- Bakıda kişi hamamda boğulub öldü
- İsveç NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı