Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir.
Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
Bu barədə Milli Məclisin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlamasında bildirilib.
Açıqlamada qeyd edilib:
“Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən Parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyinin və müxtəlif cari maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.
Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.
Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmişdir.
Bununla əlaqədar olaraq, Fransa Parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sıravi Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı”.
Milli Məclis Fransanın qətnaməsini rədd etdi
01
dekabr
11:40

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul etdi - YENİLƏNİB
Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə tənqid olundu
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ
Milli Məclis Fransa Senatında qəbul edilən qətnamə ilə bağlı bəyanat qəbul edəcək
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
“Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmlıdır” - Deputat
Rəsmi Ankaradan Fransa senatının qətnaməsinə REAKSİYA
Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər - FOTO
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
Prezidentdən Makronla bağlı sərt AÇIQLAMA
Ermənilər qorxuya düşüb: Fransa ordusunu köməyə çağırdılar
MM-in Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı - TAM MƏTN
"Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib" - Prezident
Fransalı səfirdən Qarabağa dair birmənalı mövqe
Ermənidən çox ermənilik edən FRANSA - "Məsələ ilə bağlı Azərbaycan sərt qərarlar qəbul etməlidir"
Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…”
Azərbaycan Fransaya NOTA VERDİ
Ombudsman Fransa Senatında qəbul edilmiş qətnaməyə dair bəyanat yaydı
Parlamentdə bəyanatın hazırlanması üçün komissiya yaradıldı
“Fransa rədd olmalıdır, Azərbaycan üçün ATƏT-in Minsk Qrupu Bakı və Ankaradır” - Millət vəkili
"Fransa ilə bütün əlaqələrə son qoyulsun" - deputatdan TƏKLİF
Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəlib
Azərbaycan Fransaya yenə nota verdi - Səfir XİN-ə çağırıldı
Elman Nəsirov: “Ay radikal müxalifət, doğrudanmı “bacı” ifadəsini tuta bilməmisiniz, çox qəribədir…”
Fransanın Azərbaycandakı səfiri XİN-ə ÇAĞIRILDI
Fransa Azərbaycana yeni səfir təyin etdi
Azərbaycan XİN-dən Makrona CAVAB
Fransa XİN Senatın qərarına münasibət bildirib
Ankarada Fransanın Azərbaycana qarşı qərəzli münasibətinə sərt etiraz bildirilib - FOTO
- Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi adların satışı ilə məşğuldur
- "Beşiktaş" səfərdə məğlub oldu
- Türkiyədə avtobusu dərəyə aşdı, 30 nəfər yaralandı
- Qusarda 94 yaşlı qadın özünü asdı
- Cüdoçumuz qızıl medal qazandı - YENİLƏNİB
- Ötən il itkin düşən şəxsin Kürdən meyiti tapıldı - YENİLƏNİB
- Naxçıvanda generalın qızı qumarda “Mercedess” uduzub – ŞOK İDDİA
- Mahirin komandası heç-heçə etdi
- Meksikada partlayış: Ölənlər və yaralananlar var
- Güləşçimiz iranlı rəqibini məğlub edib qızıl medal qazandı
- Seneqal Afrika çempionu OLDU
- Kanada Ukraynaya "Leopard 2" tankı göndərib
- Bu ərzaqlar xərçəng yaradır - Siyahı
- Ruandada qarğıdalı qurutma anbarı uçdu: 11 ölü
- Kanada Baskov, Boyarski və Qazmanova qarşı sanksiyalar tətbiq edib
- Ramos: “Messiyə qarşı oynayanda əziyyət çəkirdim“
- Bu "iPhone" modelləri İOS 17 yeniləməsini almayacaq
- Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu - Video
- Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik
- “Subay vaxtı səhnə daha maraqlı olur”
- Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaq?
- “Baku Electronics” şirkəti ciddi təşviş içərisindədir… - Rza Zərraba məxsus şirkət sadəcə bacısının və onun həyat yoldaşının adına sənədləşdirilib…
- “Adım Farah”ın ilk tizeri yayımlandı
- Demet yenidən Bakıya gəlir