Tanınmış fitness məşqçisi Kamil Zeynallı canavar alıb.
Bu barədə o, sosial şəbəkə hesabında məlumat verərək, yeni heyvan dostu ilə görüntülərini paylaşıb.
"Mənim canavarım. Nana canavardan törəmədir. Hürə bilmirlər, arada ulayırlar. Bizim Qafqaz dağlarında bundan yoxdur, Çexiyada olur. Canavarlarla "Çoban itinin" cütləşməsindən əmələ gəlib, amma canavardır. Dostum Nana..." – deyə Zeynallı paylaşımında yazıb.