“Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur” - Elçin Əmirbəyov
27-10-2020, 11:51
158

“Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur” - Elçin Əmirbəyov

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbər buraxılışının canlı yayımında müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, müsahibəsində Ermənistanın üçüncü dəfə Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəs rejimini bir daha kobud şəkildə pozduğunu bildirən E. Əmirbəyov, Azərbaycan tərəfinin bu dəfə İrəvanın öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı xüsusi gözləntilərinin olmadığını bildirib.

“Paşinyan döyüş əməliyyatlarının dayandırılmasına razı ola bilməz, çünki müharibədən sonra döyüş meydanında alçaldıcı bir məğlubiyyətə uğrayan Ermənistan xalqı 27 sentyabrda başlatdığı hərbi avantüraya görə ondan hesab tələb edəcək. Paşinyan və ətrafı xarici torpaqlar uğrunda mübarizə aparmaq üçün açıq bir ölümə göndərdikləri erməni hərbi qulluqçularının minlərlə ata və analarına da cavab verməli olacaq.

Məhz bu səbəbdən Paşinyan hər dəfə vasitəçilərə yeni bir atəşkəs üçün yalvarmağa davam edir. Ancaq sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərə nəzarəti bərpa etmək xəyalı ilə yeni silah və texnika partiyalarının gətirilməsi naminə yaranmış fasilədən istifadə etmək üçün. Eyni zamanda, Ermənistan hərbçilərinin diqqəti Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulmasına yönəlib ki, bu da 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”, - deyə E. Əmirbəyov vurğulayıb.

Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü sualına cavabında E. Əmirbəyov bildirib:

“Azərbaycan münaqişənin sülh yolu ilə həll axtarışına sadiq qalır, lakin əsas məqsəd beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tez bir zamanda bərpasıdır. Bunu etmək üçün yalnız iki yol var. Birincisi, Ermənistan atəşi dərhal dayandırır, Ermənistan rəhbərliyi bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai bir öhdəlik götürür, belə bir geri çəkilmə ilə əlaqədar ən qısa müddətdə bir cədvəl razılaşdırılır və bundan sonra tərəflər siyasi tənzimlənmənin bütün digər aspektləri üzrə danışıqlar mərhələsinə keçirlər.

İkinci yol isə, Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin sülh prosesini qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı əlindəki qeyri-diplomatik legitim vasitələrlə son hədəfinə çatmağa məcbur edir. Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur”.

Oxşar xəbərlər

Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
"Biz cavab verməyə məcbur idik" - Dövlət başçısı
Paşinyan bu dəfə Gürcüstan ərazisinə iddia etdi - FOTO
“Ermənistan vasitəçilərə hörmətsizlik göstərdi” - İlham Əliyev
Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı
Türk qorxusu İrəvanı da dilə gətirdi: Nikol toplantı keçirir
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Paşinyan ordusunun xeyli sayda canlı qüvvə itirdiyini etiraf etdi
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
Daha bir erməni əsgər öldü
Ermənistana "müharibə" əmri verilib — Azərbaycan terrorçularla savaşacaq
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Önümüzdəki 10 il işğal ərazilərinin ermənilərlə məskunlaşma illəri olacaq
“Saat 08.00-dən 13.00-dək Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb” - Prezidentin köməkçisi
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? - deputat
Kreml əmr versə, qiyam Qarabağdan başlayacaq
Arvadını Azərbaycanda müharibə aparmağa göndərən Paşinyan nəyi etiraf etdi?
"Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir" - Hikmət Hacıyev
“Bu 4-cü atəşkəs çağırışıdır...” – Bu dəfə göz yaşlarına inanmayan Bakıdır
“Meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil” - deputat
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
XİN: Paşinyan baş nazir olduqdan sonra 30 dəfə təxribat törətdi
Hikmət Hacıyev Türkiyədə səfərdədir
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Ermənistan Rusiya diplomatiyasını pis vəziyyətdə qoydu
İlham Əliyev Paşinyanla görüşdü: Qarabağ müzakirəsi...
“Ağıllarını başlarına yığmasalar, sonları çox acınacaqlı olacaq”