ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında maraqlı anlar yaşanıb. 
Verilişə gələn Teyfur adlı şəxs Elgizin qohumu olduğunu bildirib. Bu vaxt aparıcı babasından danışmağa başlayıb. 
Elgiz Əkbər bildirib ki, zavod müdiri olan babasının birinci katibəsindən iki, ikinci katibəsindən üç uşağı dünyaya gəlib. Babası isə sadəcə aparıcının nənəsini rəsmi nikahına alıb. 
Aparıcının bu açıqlaması studiyadakı ekspertlər və tamaşaçılar tərəfindən gülüş və maraqla qarşılanıb. 
BAKU.WS həmin görüntüləri təqdim edir: