Gundelik-baku.com-a daxil olan məlumata görə,Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Gəncə şəhərinə icra başçısı göndərilir.

Elxan Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. İxtisasca elektrik mühəndisi və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir. Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur.

2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki,hal-hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Usubov milyonluq villlaları,obyektləri və dəbdəbəli həyat tərzi keçirən məmur kimi mətbuatın gündəmində olub.